Bia.Az

Bizim ƏMRAH....

Cəmiyyət
 4-06-2023, 16:17     399

Dünəndən "Ağsu Yazarlar" Ədəbi Birliyinin üzvü, dəyərlimiz Əmrahın, birliyimizin üzvləri haqqında içdən  süzülüb  gələn  səmimi fikirlərin oxuyub, bu insanın  iç  dünyasına  bələd  olduqca, ürəyimdən o  qədər  fikirlər keçdi ki, ən  samballısı  başlığa  çıxardığım oldu.

İnsan nə qədər saf, saf olduğu qədər də təmiz olarmış, İlahi...?

Sözündə, fikirlərində  heç  bir  xilsət, təmanna  güdülməyən  səmimi  fikirlərlə dünəndən  məni  düşündürür...
Bağlılıq, sevgi  məni  riqqətə gətirirdi.

İlk gündən, birliyin bir üzvü kimi, ondan gördüyüm səmimiyyəti izlədikcə sevinirdim.

Böyüklərimizlə  ehtiramla  danışıb, yaşlılarmıza hörmət  göstərib, gənc, yeni  üzvlərimizə  nümunə  ola biləcək  mədəniyyət,  davranış sərgiləməsi ürəyimcə olan bir örnək nümunəsidir desəm, yəqin ki, mənimlə çoxu razılaşar.

QISA ARAYIŞ: ƏMRAH əslən  dilbər  guşəmiz olan  Qarabağdan, əsrin faciəsiin  yaşamış  Xocalıdandı. Dediyindən  eşitdiyimə görə elə o gündən  Ağsuya gəlib   məskunlaşıb. Ağsuluların  içərsində  Ağsulu  olub... Birlik üzvlərinin yaradıcılığına göstərdiyi yanaşmanın özüdə çox maraqlıdı. Bu  fikirləri  yazanda, ilk ağlımdan keçən, Əmrah qardaşmızın saz sənətinə bağlılığı, aşıq sənətinin davamçısı olmağı düşüncəmə hakim kəsildi.

Axı uşaqlığdan, ağlım  söz  kəsəndən  aşıq  sənətinin aparıcılarını  insan  ruhunun  ən həssas  adamları  hesab  etmişəm. Onların qəlbi o qədər  zərif, duyumludu ki, dillərində  əzbər olan "Arifə bir işarədə bəsdi"- deyiminin  doğruluğuna  bir  daha  əmin  oluram. Elə buna görə də, Əmrah  qardaşımızdan  bunları  gözləməkdə düz  qənaətimə  sevinirəm.

Sevinirəm  ona görə ki, həqiqətən  Əmrah qardaşımız  özünü qaynayıb - qarışdığı ağsululardan biri kimi  göstərməsi, fikir bildirməsi, söz deməsi  şəxsən mənim ürəyimcədir.

Birlik  üçün  çalışqanlığı, yoldaşlar arasında  səmimiyyəti  qoruyub  saxlaması, dəyər verməsi  qəlb  təmizliyinin  göstəricisidir...
Elə  buna  görə də, Əmrah  qardaşmıza, ürəklə, BİZİM ƏMRAH deyərək, öz adımdan, birliyimiz adından can sağlığı, uzun ömür, sevincli günlər arzulayıb, çox sağ ol, BİZİM  ƏMRAH deyirəm.


Elxas COMƏRD,
"Ağsu Yazarlar" Ədəbi Birliyinin üzvü.

скачать dle 12.1