Bia.Az

SON DƏQİQƏ! Yenə Türkiyəni günahlandırdılar

Dünya
 4-06-2023, 15:04     299

Yunanıstanda iyunun 25-də keçiriləcək yeni seçkilərin favoriti olan sağ mərkəzçi Yeni Demokratiya (ND) partiyasının lideri, keçmiş baş nazir Kiriakos Mitsotakis 21 may seçkilərində qalib gələ bilmədiyi yeganə bölgə olan Rodopda Türkiyə Baş Konsulluğunun seçkiyə müdaxilə etdiyini iddia edib.

Musavat.com xəbər verir ki, bu barədə Mitsotakis həftəlik “Proto Thema” qəzetinə açıqlama verib.

O, Türkiyənin Rodopdakı Baş Konsulluğunu bir namizədin (SYRIZA partiyasından seçilən Özgür Ferhatı nəzərdə tutur - red.) lehinə seçkiyə açıq şəkildə müdaxilə etməkdə günahlandırıb.

Keçmiş baş nazir daha sonra SYRIZA partiyasını tənqid edib:

"Bu məsələ ilk növbədə bu namizədə üstünlük verən və başqa ölkənin Yunanıstanın daxili işlərinə qarışmasında tərəfdaş olan siyasi partiyanı narahat etməlidir".


Qeyd edək ki, mayın 21-də türk azlığından 4 namizəd siyasi partiyalardan millət vəkili seçilə bilibскачать dle 12.1