Bia.Az

Sabirabad İcra hakimiyyətindəkilərin adam yandırmaqdan xoşlari gəlir... - İndi də ankoloji xəstə... - FOTO

Cəmiyyət
 3-06-2023, 16:14     515

Sabirabad rayon İcra hakimiyyətindəkilərin deyəsən, adam yandirmaqdan xoşlari gəlir. Bir müddət bundan əvvəl, icra başçısı Siraqəddin Cabbarovun özbaşnalıgına cavab olaraq, Qarabag qazisi "Mauqli" ləqəbli,  mərhum Elvin Cəfərovun özünü yandirmagindan sonra, indi də, zülmə məruz qalan, ankoloji xəstə Mehrəliyeva Rəna Əlibala qızı da özünü yandırmaq fikrinə düşüb. Səbəb yenə də, bu Siraqəddinin zülmkarlıgıdır. Belə ki, özünə məxsus evini sataraq, 2019-cu ildə şəhid Anar Məmmədov küçəsində icra başçısından torpaq sahəsi alaraq ev tikən zərərçəkmiş, hələ də ona məxsus torpagın sənədlərini ala bilmir. Baxmayaraq ki. torpaq rayonun rəhbərliyinin sərəncamındadır. Rəna xanım haqqını tələb edir. Başçı və müavini Həsən Həsənov isə onu bu müddət ərzində müxtəlif bəhanələrlə aldadaraq, get-gələ salıblar. 

Bu xəstə qadını gah Şirvan, gah da Bakı şəhərinin yollarında qoyublar. Yazıq xəstə qadının yöllarda qalmaqdan səhhəti daha da pisləşib. Hətta o, əsəbdən gözünün birini də itirib. Gözünü itirmə hadisəsi növbəti əsəb sarsıntısı zamanı, icra hakimiyətinin binasında baş verib. Keçən dəfə də müxtəlif bəhanələrlə xalqı və prezidenti aldatmaga nail olan Siraqəddin və Həsən bəylər yenə də,  heç kəsi saymırlar. Müxtəlif şikayətlərə cavab olaraq, "nə dördüncü hakimiyyət? biz özümüzdən başqa heç bir hakimiyyət-filan tanımırıq" deyirlər. İnanın ki, Sabirabadda icra hakimiyəti deyəndə, camaat agzını büzür. "Hamısı özlərinə işləyirlər", deyirlər. Eşitdiyimizə görə, bu dərəbəyi başçı Binəqədi rayon icra hakimiyyətində işləyən aşnasına 200, 000 dəyərində mülk də alıb. Görəsən Siraqəddin daha neçə şəxsi aldatmalı, neçə sevgiliyə ev almalıdır ki, onun bu hərəkətlərinə son qoyan tapılsın. 

Rəna xanim Ölkə Prezidenti Cənab İlham Əliyevə və birinci xanima müraciət edərək ona kömək edilməsini xahiş edir. "İstəyirəm evimin  sənətləri qaydasinda olsun.MƏN DƏ BU DÜNYADAN RAHAT KÖCÜM!-deyir...

Sima BABAYEVA,

BİA.az


скачать dle 12.1