Bia.Az

Hindistanda qatarlar toqquşdu: 80 ölü, 850 yaralı

Dünya
 3-06-2023, 01:10     383

Hindistanda sərnişin qatarı ilə yük qatarı toqquşub.

Axar.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Qəzanın yerli vaxtla saat 19:20-də Balasor şəhəri yaxınlığında baş verdiyi bildirilib. Hadisə nəticəsində 8 vaqon relsdən çıxıb, 50 nəfər ölüb, 400-ə yaxın sərnişin yaralanıb.
Sərnişin qatarı Kəlküttədən Çennaya gedirmiş.
Hadisə yerinə xilasedicilər cəlb edilib.
***
Qatarların toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Bu barədə yerli media məlumat yayıb.
Yerli sakinlər isə ölənlərin sayının 100-ə çatacağını istisna etmir.
***
Qatarların toqquşması nəticəsində ölənlərin sayı 80-ə çatıb.


Bu barədə “Röyters” məlumat yayıb.
Yaralılar sayı isə 850 nəfər təşkil edir.скачать dle 12.1