Bia.Az

Kaş ölkə Prezidenti İlham Əliyevlə görüşərək...

KÖŞƏ YAZARLARI
 2-06-2023, 00:47     4 085

Kaş ölkə Prezidenti İlham Əliyevlə görüşərək Nəsimi rayonunda baş verən özbaşnaliqlar və qanunsuzluqlar barədə ona məlumat verə biləydim!

Nəsimi Rayon İcra Hakimiyyətində iş görməyib, boş yerə kreslo tutan, kabinetləri doldiran, dövlətdən əmək haqqi alan məmurlar barədə O da biləydi.

Məsələn, ona deyərdim ki, bu rayona icra başcısı təyin edilmiş Asif  Əsgərov onun müavinləri, rayonun.baş memari  Ələsgər Rüstəmov xalqi sayıb onları qəbul belə etmək istəmirlər.

Gələnləri təhqir edirlər.

Özləri də jurnalist görəndə qırgı ğörmüş toyuq-cücə kimi gizlənirlər.

Bu gün şikayətci Kəmalə Əliyeva və Mais Rzali İlə birlikdə İcra Hakimiyyətinin binasina getdik.
Bizi  oranin havasini götürmüş, yalana öyrəşmiş polis qarşıladı. Başladı agzımızı boza verməyə.

Sözünnən belə cıxdı ki, binada hec kəs yoxdur.
Amma gələn qısa yubkalı xanımlar ləngimədən kimlərinsə otaqlarina qalxırdılar.

Rayonun baş memarını soruşduq çünki, o, dörd gündür edilən zəngləri cavabsiz qoyur.
Soruşdum ölüb eləməyib ki? Dedilər bərk xəstədir, xəstəxanada yatır.

Xülasə bizimlə hec kəs görüşmədi. "Xəstəxanada Yatan" memarı isə cayxanadan tapdiq, orada papagı günə verirdi.

Bax bunlarin hamısını ölkə prezidentinə demək istərdim.
İstiyirəm bilsin ki, məmurlar onu aldadirlar.

Mənimlə bu gün  icra hakimiyyətinə gedən Kəmalə Əliyeva və Rzali Mayısın kecmiş Nəsimi bazarının yerində olan evlərini söküblər, bu iki ailəni də cöldə qoyublar.

Baş memar  Ələsgər ....isə şikayətci qadin haqqını tələb etdiyi ücün hətda ona əl qaldirmaq da istəyib. Polisə xəbər verib ki, gəlib haqqını tələb edən bu xanımı aparsınlar.

Diqqətimi cəkən bir məsələdə budur  ki, Nəsimi rayon icra hakimiyətində sən demə, ictimayətlə əlaqədar olan heç bir şöbə, yada ki, məsul şəxs yoxdur. Mən Bakı şəhərində ikinci belə rayon tanımıram.



Sıma Babayeva

BİA.az
скачать dle 12.1