Bia.Az

Yatmazdan əvvəl mütləq bunları edin

Gündəm
 24-04-2020, 11:22     288

Yatmazdan əvvəl mütləq bunları edinDeyirlər ki, günə necə başlasan, bütün günün o əhval-ruhiyyədə keçəcək.

Əslində günümüzün xoş keçməsi üçün yatmazdan əvvəl bir neçə işi yerinə yetirmək və onu vərdiş halına gətirmək lazımdır.

bia.az oxucuları hər kəsin günün sonunda etməli olduğu işlərlə tanış edir:

Elektron avadanlıqları söndürün

Yataq otağına girməzdən əvvəl bütün telefon, planşet və kompüter kimi cihazları söndürün. Beləliklə də bütün gün ekranlara məruz qalan beyninizin dincəlməsinə icazə verin. Ekranlardan gələn mavi işıq yuxu hormonlarının ifrazını azaldır.

Fikirlərinizi toplayın

Başınızda dolaşan fikirlər yuxunu qaçıra və ya gecənin ortasında sizi oyada bilər. Yatmazdan əvvəl bu fikirlərdən uzaqlaşmağa çalışın və ya fikirlərinizi kağıza köçürərək beyninizi rahatlaşdırın.

Mətbəxinizi təmiz saxlayın

Axşam yeməyindən sonra çirkli qabları yuyub təmizləyin. Yatağa getməzdən əvvəl mətbəxə son dəfə nəzər salıb təmiz olduğuna əmin olun. Səhərlər rahatlıqla qəhvə hazırlayıb dadını çıxarın.

Paltar seçimini sabaha salxamayın

Səhər işə geyinəcəyiniz geyimləri axşamdan seçin ki, işə gecikməyəsəniz.

Meditasiya edin

Yatmazdan əvvəl az da olsa, meditasiya ilə məşğul olub beyninizi və ruhunuzu rahatlaşdırın. Ümumiyyətlə, yuxudan əvvəl meditasiya etmək həm daxili harmoniyanı tarazlaşdırır, həm də huzur bəxş edir.

Duyğularınıza diqqət yetirin

Toxunma, eşitmə, qoxu alma və görmə duyğularınıza nəzarət edin. Bədəninizi daha çox hiss etməyə çalışın. Özünüzü dinləyin, bunu edərkən xarici təsirlərdən uzaqlaşıb bütün diqqəti duyğularınıza yönləndirin. Bu şəkildə beyninizin yaxşılaşmasını təmin edəcəksiniz.

Fiziki yorğunluqdan xilas olun

Gərgin gündən sonra fiziki yorğunluğu üstünüzdən atmağa çalışın. Bunun üçün səhər yuxudan oyandıqdan dərhal sonra yerinizdə əsnəmə və dartınma hərəkətlərini yerinə yetirin.

Kitab oxuyun

Yatmazdan əvvəl bir neçə səhifə də olsa kitab oxumaq bir fincan isti bitki çayı içməyə bərabərdir. Bu, beyninizi sakitləşdirəcək. Xüsusilə yuxunuzun qaçdığı gecələrdə kitab oxuyaraq daha asan və rahat yuxuya gedə bilərsiniz.скачать dle 12.1