Bia.Az

CHP İdarə Heyəti iyunun 1-də mühüm qərarlar verə bilər – Kılıçdaroğlu istefaya göndəriləcək?

Dünya
 31-05-2023, 01:34     280

Türkiyədə mayın 28-də tamamlanan prezident seçkilərində 48 faiz səs toplayaraq hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana məğlub olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, “Millət” İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu istefaya göndərilə bilər.

“AzPolitika.info” xəbər verir ki, seçkidəki məğlubiyyətdən sonra partiyada, ittifaqda və tərəfdarları arasında Kılıçdaroğlunun istefasını tələb edənlərin sayı artıb. Qeyd olunur ki, CHP rəhbərliyinə gəldikdən sonra 13 seçkidə məğlub olan 75 yaşlı siyasətçi artıq təqaüdə çıxmalı, partiya elitası yenilənməlidir. Sosial şəbəkələrdə keçirilən sorğularda da əksəriyyət CHP liderinin istefaya getməsinə tərəfdar çıxıb.

Bu gün partiyada qızğın müzakirələrdən sonra Mərkəzi İdarə Heyətinin (MYK) iclasının vaxtı təyin edilib. 


Yerli mətbuatda dərc olunan xəbərlərə görə, CHP sədri Kamal Kılıçdaroğlu iyunun 1-də, saat 13.00-da partiya İdarə Heyətinin üzvləri ilə görüşəcək. Seçki nəticələrinin və partiya rəhbərliyində dəyişikliklə bağlı müzakirələrin aparılacağı toplantıdan sonra şənbə günü CHP Partiya Məclisi də toplanacaq. Məclisdə Kamal Kılıçdaroğlunun istefası, yaxud partiya qurultayına gedilməsi barədə qərar veriləcəyi gözlənilir.скачать dle 12.1