Bia.Az

Lerikdə torpaq qalmaqalı – Məhkəmə qətnaməsi niyə icra edilmir?

Fakt
 30-05-2023, 18:03     459

Lerik rayon Hoveri kənd sakini Mirəli Salmanov yerli məhkəməni, həmçinin icra və probasiya şöbəsini ittiham edir. 

Mirəli Salmanov Qaynarinfo-ya ünvanladığı müraciətdə yazır ki, Lerik Rayon Avtovağzalında 56 kv.metrlik torpaq sahəsi olub.

“Barzavu kənd sakini Müctəba Qəmbərov mənə məxsus torpaq sahəsinin 36 kv.metrini zəbt etmişdi. Bununla bağlı Lerik Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə mənim xeyrimə qətnamə çıxardı. Qarşı tərəf apelyasiya şikayəti verdi. Şirvan Apelyasiya Məhkəməsi isə birinci instansiyanın qətnaməsini qüvvədə saxlayaraq icraya yönəltdi. Qətnaməyə görə, Müctəba Qəmbərov zəbt elədiyi ərazini boşaltmalı idi. Lakin Lerik Rayon İcra və Probasiya şöbəsi qətnaməni icra etmir”, – şikayətçi bildirib.Onun iddiasına görə, bu məsələdə icra və probasiya şöbəsi Lerik Rayon Məhkəməsi ilə əlbirdir:

“Onlar müəyyən şərtlər müqabilində Müctəba Qəmbərovla anlaşıblar. Bu baxımdan, qətnaməni icra etmək istəmirlər. Bu azmış kimi məni həbslə hədələyirlər. Deyirlər ki, bir də məhkəmə binasına yaxınlaşsan, səni həbs etdirəcəyik”.

Qaynarinfo Mirəli Salmanovun iddiaları ilə bağlı Lerik Rayon İcra və Probasiya şöbəsi ilə əlaqə saxlayıb. Dilqəm adlı icra məmuru isə bizi Ədliyyə Nazirliyinə yönəldib. “Ədliyyə Nazirliyinin razılığı olmadan açıqlamadan verə bilərik. Onlarla danışın, razılıq versinlər, sonra biz də açıqlama verək”, – deyə icra məmuru bildirib.

Ədliyyə Nazirliyindən isə cavab ala bilmədik.

Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyovdur.  2020-ci ildə Məhkəmə-Hüquq Şurasının iclasında ona töhmət verilməsi barədə qərar qəbul olunub.скачать dle 12.1