Bia.Az

İranda təşviş başladı: Azərbaycan Ordusu bu kəndə yerləşəcək

Siyasət
 30-05-2023, 14:00     327

İranlı ekspertlər rəsmi İrəvanın Qarabağ və anklavları Azərbaycanın bir hissəsi kimi tanıması Ermənistanın intiharı olaraq dəyərləndirirlər.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Tehranın Erməni Dat Komitəsinin sədri İsak Yunanesyan deyib.

İ.Yunanesyan anklavlar məsələsinin İranda ciddi tənqidlərə səbəb olduğunu bildirib:

“Fars mediası və ekspertləri bu addımı çox sərt şəkildə tənqid edirlər. Xüsusilə anklavlarla bağlı məsələni vurğulayırlar. Media və ekspertlər bildirirlər ki, anklavların (xüsusilə Kərki kəndinin – red.) Azərbaycana qaytarılması İran və Ermənistan arasındakı yolu təhlükə altında qoyur”.скачать dle 12.1