Bia.Az

“Ərdoğanı ciddi sınaqlar gözləyir” – Onun həll etməli olduğu əsas problemlər

Dünya
 30-05-2023, 12:55     265

“Türkiyədə deputat seçilmiş bir çox nazirlərin istefaya göndərilməsi gözlənilir. Sinan Oğanın Ərdoğandan heç bir vəzifə istəmədiyini deməsinə rəğmən, ona yeni kabinetdə post veriləcəyi istisna deyil”.
 
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O, qeyd edib ki, Türkiyənin xarici siyasətində türkdilli dövlətlərlə əlaqələr xüsusi önəm daşıyır və Ərdoğanın yeni hakimiyyəti dövründə bu məsələ prioritet olacaq:
 
“Ən diqqətçəkən məqamlardan biri Ermənistan baş naziri Nikol Paşinyanın Ərdoğanı təbrik etməsi oldu. O, təbrikində Türkiyə ilə münasibətlərin normallaşmasının davam edəcəyinə ümidini ifadə etdi. Bəzi erməni KİV-in yazdığına görə, ermənilər Ərdoğanın qalib gəlməsini istəmirdi. Əslində bu, müəyyən mənada başadüşüləndir. Paşinyanın açıqlaması isə göstərir ki, rəsmi İrəvan regional reallıqları, o cümlədən, Türkiyənin bölgənin əsas siyasi aktoru olmasını anlayır və bunu qəbul edir. Paşinyan bilir ki, bundan sonra onun üçün asan olmayaq. Ona görə də indidən Türkiyənin "çətiri altına keçməyə tələsir". Düşünürəm ki, Ermənistanın hökumət başçısı Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Ərdoğanın yeni hakimiyyəti dövründə Ermənistanla yanaşı, Misirlə də münasibətlərin normallaşması prosesi davam edəcək.  Qərb və Rusiya ilə münasibətlərdə ciddi dəyişikliyin olacağını düşünmürəm”.
 
Müsahibimiz deyib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa, Suriya və İraqın şimalını terrorçulardan təmizləməyə davam edəcək:
 
“Eyni zamanda daxildəki suriyalı qaçqınların ölkələrinə qayıtmaları istiqamətində sürətli addımların atılacağını güman edirəm. Çünki Türkiyədəki suriyalılar xalqı narazı salan əsas məsələdir. Yəqin ki, Ərdoğan bunu nəzərə alacaq. Suriyalıların ölkələrinə qayıdışı Türkiyənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün də əhəmiyyətlidir. Fikrimcə, Ərdoğan iqtisadi durğunluğu aradan qaldırmağa, inflyasiyanı aşağı salmağa çalışacaq. Fevralın 6- da baş vermiş dəhşətli zəlzələnin aradan qaldırılması da hakimiyyətin diqqətində olacaq. Beləliklə, iqtidarının yeni dönəmində Ərdoğanı ciddi sınaqlar gözləyir”.скачать dle 12.1