Bia.Az

"Xankəndinə girməsək, ermənilər sakitləşməyəcək...." - paytaxt sakinlərindən ÇAĞIRIŞ

Siyasət
 29-05-2023, 20:40     337

Məlum olduğu kimi, ölkə prezidenti cənab İlham Əliyev Laçın rayonunda olub. Laçında və Kəlbəcərdə yaxın zamanlarda istifadəyə veriləcək bir çox kəndlərin təməl qoyma mərasimlərində iştirak edib, eyni zamanda Laçın şəhərinə qayıdan əhali ilə görüşüb. Prezident həmçinin Laçında bir sıra bəyanatlarla da çıxış edib. Lakin həmin gün mayın 28-də axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Və digər önəmli faktor isə Ərdoğanın seçkilərdə qalib olması oldu. Baş verən hadislərin fonunda Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsi də xüsusi olaraq qiymətləndirilir. TV Müsavat bu mövzu ilə bağlı paytaxt sakinlərindən rəy alıb.

Ətraflı video-sorğuda izləyə bilərsiniz:


Dürrə Həsənova,
Rafət Şahbazov,
Musavat.comскачать dle 12.1