Bia.Az

Taliban İrana müharibə elan etdi

Dünya
 28-05-2023, 13:57     276

Taliban İrana müharibə elan etdi.

Axar.az xəbər verir ki, bunu Taliban lideri Əbdülhəmid Xorasani deyib.

Hazırda sərhəddə şiddətli döyüşlər gedir və Taliban ağır hərbi texnikanı sərhədə yeridib.

Qeyd edək ki, münaqişə Hilmənd çayına görə başlayıb. Hilmənd çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. Hazırda bu əyalət quraqlıqla üz-üzədir və İran Talibanı çayda yeni bəndlər tikməkdə və suyun istiqamətini dəyişdirməkdə ittiham edir.
Sərhəddə şiddətli döyüşlərlə yanaşı, diplomatik ritorikanın sərtliyi də pik həddə çatıb. İran XİN bəyan edib ki, biz Əfqanıstanın hazırki rəhbərliyini tanımırıq və Əfqanıstanda inklüziv hökumətin yaradılmasının zəruriliyində israr edirik.

Taliban liderləri də öz növbəsində Tehranı korrupsiyada ittiham edərək bildiriblər ki, İrana qarşı ABŞ-a qarşı döyüşdüklərindən da yaxşı döyüşəcəklər.


Talibanın gücünü qiymətləndirməmək düzgün deyil, ələlxüsus nəzərə alsaq ki, ABŞ Əfqanıstanı tərk edərkən ağır silahları ölkədə saxlamışdı - bu gün üçün.скачать dle 12.1