Bia.Az

ABŞ Dövlət Departamenti: “Bakı və İrəvana razılığa gəlmək üçün təzyiqlərimizi davam etdiririk”

Dünya
 26-05-2023, 14:06     328

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən Moskvada keçirilən üçtərəfli görüşlə bağlı fikirlərini bölüşüb.

JAMAZ.İNFO xəbər verir ki, Vaşinqton rəsmisi mayın əvvəlində Vaşinqtonda keçirilən görüşləri xatırladıb.

O deyib ki, ABŞ dünən Moskvada keçirilən görüşdə iştirak etməyib. “Lakin bizim üçün prioritet olan məsələ odur ki, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşsın. Biz bu danışıqları dəstəklədiyimizi bir daha bəyan edirik”.


Miller onu da qeyd edib ki, ABŞ razılığın əldə edilə biləcəyinə inanır: “Biz həll olunmamış məsələlərdə razılığa gəlmək üçün hər iki tərəflə birgə işləməyə hazırıq. Eyni zamanda, bu məsələdə tərəflərə təzyiq etməyə davam edirik”.скачать dle 12.1