Bia.Az

“Qafqaz canişini”nin gözlənilməz səfəri - niyə indi?

Siyasət
 26-05-2023, 13:52     345

Qısa müddətdə 3-cü dəfə Azərbaycana gələn Lui Bononun səlahiyyətlərinə Qafqazda baş verən proseslərlə bağlı məsləhətləşmələr aparmaq da daxildir

Azərbaycan XİN başçısı Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşü keçirilib. XİN-in mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub.
Bayramov eyni zamanda kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. "Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar", - deyə XİN-in məlumatında bildirilir.
Qeyd edək ki, Bononun Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Ermənistan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi üzrə Moskvada keçiriləcək görüşündən bir gün əvvəl Bakıya səfər etməsi diqqət çəkib.
Onu da bildirək ki, bu, Banonun qısa müddətdə Bakıya artıq üçüncü səfəridir. Sonuncu dəfə o, aprel ayında Bakıda olmuşdu. Lui Bono Qafqaz danışıqları üzrə baş müşavirdir və səlahiyyətlərinə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aparılması deyil, bütövlükdə Qafqazda baş verən proseslərlə bağlı məsləhətləşmələr aparmaq daxildir. Qafqaz və ətraf bölgələrdə isə kifayət qədər ciddi proseslər baş verir. ABŞ canişininin qısa müddətdə üçüncü dəfə, həm də Moskva görüşü ərəfəsi Bakıya səfər etməsi nədən xəbər verir? Bununla ABŞ Azərbaycan üzərindən bölgədə mövqelərini gücləndirməyə çalışır, yoxsa başqa məqsədlər də var?
Azər Badamov: Azərbaycan Ordusu ilkə imza ataraq müasir dünya tarixində  yeni bir qəhrəmanlıq səhifəsi yazıb - AZƏRTAC
Deputat Azər Badamov Azərbaycanın qarşı tərəfə təqdim etdiyi 5 prinsipin Amerika tərəfindən qəbul olunduğunu qeyd etdi: “Bu görüşün dövlət başçılarının Moskva görüşü ərəfəsində baş verməsini əhəmiyyətli hesab edirəm. Bu o deməkdir ki, ABŞ regionda sülhün yaranmasını dəstəkləməkdə davam edir. Əlbətdə ki, regionda sülhün bərqərar olması Azərbaycanın maraqlarına uyğundur. Çünki torpaqlarımız işğaldan azad ediləndən sonra sülh bağlamaq üçün təşəbbüsü məhz Azərbaycan gündəmə gətirib. Sülhün bağlanması üçün Ermənistana təqdim etdiyimiz  5 prinsip beynəlxalq hüquq normalarına uyğun olduğundan ABŞ tərəfindən də qəbul olunur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Qərbin və Rusiyanın fəallaşmasının danışıqlar prosesinə yeni impuls verəcəyini hesab edirəm. Bütün bunlar onu göstərir ki, son vaxtlar aparılan danışıqlar nəticəyönümlüdür və bu danışıqların keçirilməsinə təşəbbüs göstərən tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin tez baş verməsinə çalışır. Təbii ki, son nəticə Ermənistanın sülh danışıqlarında özünün konstruktiv yanaşmasından asılıdır. Amma onu da qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında suveren ərazi bütövlüklərinə qarşılıqlı hörmət əsasında sülh münasibətlərinin normallaşması və Cənubi Qafqazda uzunmüddətli sülhün yaranmasının alternativi yoxdur”.
Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”
Əhəd Məmmədli 
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Amerikanın bu yaxınlığını təsadüfi saymır. Burada qalib Azərbaycanın gücünün əsas rol oynadığını düşünür: “ABŞ canişininin qısa müddətdə üçüncü dəfə Azərbaycana səfəri onun göstəricisidir ki, Vaşinqton Cənubi Qafqazda ən əsas tərəfdaşı kimi Bakını hesab edir. Azərbaycanın 44 günlük müharibədə qələbəsi regionda çox şeyi dəyişdi. Dünya dövlətləri arasında nüfuzumuz böyüdür. Əvvəl neftimizə, indi isə gücümüzə görə bizə hörmət edirlər. Əsas da hərbi gücümüzə görə bu belədir. Neft, qaz, pulun yanında güclü ordun olmalıdır. Müasir dünyanın tələbləri belədir. Dünya qurulandan hər kəs var-dövlətlə bərabər gücə hörmət edir. Stalinə deyirlər ki, Roma Papası çox güclüdür. Cavabında Stalin deyir ki, Roma Papasının neçə tankı var? ABŞ-da görür, anlayır ki, regionumuzda ən güclü ölkə Azərbaycandır. Ona görə amerikalı siyasilər, diplomatlar ölkələrində erməni diasporunun nüfuzlu olmasına rəğmən, Ermənistana deyil, Azərbaycana səfər edirlər. Çünki Azərbaycanın Ermənistan və Gürcüstandan daha güclü, nüfuzlu və müstəqil dövlət olduğunu bilirlər. Gürcüstan Rusiya və Qərb arasında qalıb, hələ də seçimini tam edə bilmir. Gürcüstanın prezidenti Fransa vətəndaşı, baş naziri rusyönümlü, müxalifəti isə ABŞ-a tərəf baxır, xalqı isə heç özü bilmir nə istəyir. Bax belə kalambur və ya kampot. Ermənistanda vəziyyət daha tragikomikdir. Paşinyan ölkənin suverenliyini bir neçə ölkəyə verib. Zəngəzuru İrana, Gümrünü Rusiyaya, İrəvanı isə Qərbin nəzarətinə verib. Ermənistan indi bir neçə sahibin qulluqçusu rolunda çıxış edir. Belə bir vəziyyətdə təbii ki, ABŞ, Azərbaycana sifətini çevirəcək və bizimlə daha yaxından münasibətlər qurmağa çalışacaq. Təbii, bu o demək deyil ki, ABŞ Azərbaycanı dəstəkləyir. Amma bu vəziyyət Bakı və Vaşinqtonu yaxınlaşdıra bilər. Düşünürəm ki, Azərbaycan ABŞ-la qurula biləcək yeni münasibətlərdən öz xeyrinə istifadə etməyi bacarmalıdır. Təbii ki, Vaşinqtonun da öz maraqları var. Azərbaycanla münasibətləri qurmaq vasitəsilə amerikalılar Cənubi Qafqazda mövqelərinin güclənməsinə çalışır. ABŞ təklif etdiyi sülh müqaviləsində əsasən də Azərbaycanı razı salmağa çalışır. Bununla da bu məsələdə Rusiyanı üstələmək istəyirlər. Əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ABŞ-ın vasitəsilə ilə imzalansa, bu, Vaşinqtonun Moskva üzərində ciddi qələbəsi olacaq. Bunu Kremldə də bilməmiş deyillər. Bunun baş verməməsi üçün ruslar ilk öncə Paşinyana təzyiq edirlər. Çünki Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Paşinyanın Moskvada görüşdən sonra durub deməsi ki, Rusiya Ukraynaya müharibədə uduzsa, bu, Ermənistana hansı fəlakətlər gətirəcək, düşünmək istəmirəm belə söyləməsi Nikolun açıq-aydın Moskvaya verdiyi dəstəyi idi. Qərb və Ukraynadakı tərəfdaşlarımıza Paşinyanın bu açıqlamasını Ermənistanın rəsmi mövqeyi kimi göstərməliyik və bununla da Azərbaycanın Qərbə daha yaxın olduğunu nümayiş etdirməliyik. Rusiya-Ukrayna müharibəsi açısından Paşinyanın Ermənistanı düşünərək belə Moskvaya tərəf açıqlamasını Qərbin gözü qarşısında antierməni təbliğatına çevirməyi bacarmalıyıq”./Musavat.com/скачать dle 12.1