Bia.Az

Qonşuda əhlinin gəlir və xərcləri

İqtisadiyyat
 26-05-2023, 13:42     830

2022-ci ildə Gürcüstan əhalisinin aylıq gəlirləri aylıq xərclərini 42 milyon lari üstələyib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Statistika Xidməti 2021-ci ilə nəzərən aylıq gəlirlərin 17,3 faiz, aylıq xərclərin 20,3 faiz artdığını bildirir.

Adambaşına orta aylıq gəlir 432,7 lari, orta aylıq xərc 420,7 lari göstərilir.

Statistikaya əsasən, 2022-ci ildə əhalinin aylıq gəlir mənbələri belə sıralanıb: əməkhaqqı; pensiya, yardım və təqaüdlər; fərdi məşğulluq; hədiyyələr; kənd təsərrüfatı məhsullarının satışı; xaricdən pul köçürmələri; yaşayış yerinin icarəyə verilməsi.


Ən çox xərci ərzaq, içki, siqaret; tibbi xidmətlər; kommunal ödənişlər; nəqliyyat; geyim, ayaqqabı və məişət əşyaları; təhsil xərcləri aparıb.скачать dle 12.1