Bia.Az

Trampdan COVID-19 açıqlaması: “Heç kim mənə baxmaq istəmir”

Siyasət
 23-04-2020, 16:00     314

Trampdan COVID-19 açıqlaması: “Heç kim mənə baxmaq istəmir”Ağ Evdə ABŞ-ın COVID-19-la mübarizə tədbirlərinə dair növbəti mətbuat konfransı keçirilib.

“HaberGlobal”ın məlumatına görə, toplantıya ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzin rəhbəri Robert Redfildin ötən gün “Washington Post”a verdiyi açıqlama damğa vurub.

ABŞ Prezidenti R.Redfildin “ikinci dalğa daha ağır olacaq” sözlərinin mətbuatda yanlış işıqlandırıldığını qeyd edib:
“Redfild sadəcə, virusun digər respirator xəstəliklərlə birləşməsi ehtimalı ilə bağlı qrip peyvəndi mövzusunda xəbərdarlıq etmək istəmişdi”.

ABŞ Prezidenti həmçinin, ölkəsində COVID-19-a yoluxmanın ikinci dalğasının yaşanmayacağını da bildirib:

“Yaşlılarla yaxından maraqlanırıq, əlbəttə, məndən başqa yaşlılarla. Heç kim mənə baxmaq istəmir”.скачать dle 12.1