Bia.Az

Xankəndidəki separatçılarla haqq-hesab zamanı çatdı: “Döyüşəcəyik” bəyanatı ilə xilas yollarını kəsdilər

Siyasət
 24-05-2023, 15:13     270

Nikol Paşinyanın dolayısı ilə “Qarabağ Azərbaycandır” deməsi erməniləri iki yox, bir neçə hissəyə parçalayıb. Uzun illər “monolit” təsiri bağışlayan bu, xəstə toplumun içərisində elə xaos, parçalanma, didişmə var ki...Bəziləri artıq reallığı dərk etməyə başlayıb və hesab edirlər ki, tragikomediyanı bitirmək lazımdır, - məsələn, “biz müharibə və avantürizm yaxud sülh arasında seçim etməliyik. Sülhdən başqa yolumuz yoxdur”-deyən deputat Gevorq Papoyan kimi – belələri düşünürlər ki, əks halda daha dramatik hadisələr baş verə, olan-qalanı da itirə bilərlər, o zaman heç Dəclə-Fərat sahilləri də onları qəbul etməyəcək...
Amma Qarabağda tökülən qanların əsas baiskarları, uşaq qatilləri, insan qəssabları bu gedişatı özlərinə təhlükə sayırlar. Qorxurlar ki, Azərbaycan və Ermənistan arasında sülh imzalandıqdan sonra İrəvan Bakının tələbi ilə onları ədalət məhkəməsinin ixtiyarına verə, ömürlərini dəmir barmaqlıqlar arasında çürüdə bilərlər. Odur ki, yenidən aranı qarışdırmaq üçün canfəşanlıq edirlər. Bu günlərdə, xüsusilə də Brüssel görüşündə əldə olunmuş ərazi bütövlüyünün qarşılıqlı tanınması anlaşmasından, Nikol Paşinyanın “Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanıyırıq” deməsindən sonra Qarabağ klanının üzvləri dəryanın ortasında batmaqda olan gəmidəki siçan-siçovullara çox bənzəyirlər, o küncə, bu küncə qaçıb, xilas olmağın yollarını axtarırlar. Hərdən diş atdıqları gəminin dəliklərindən içəriyə su dolduğunun fərqində deyillər hələ ki...
Nikol Paşinyan1.jpg (59 KB)
Yadınızdadır, Qarabağ klanının liderləri hərəsi ya arvadı, ya da məşuqəsi ilə hər yay aylarını Qarabağda keçirərdilər, dişlərini ağardar, bizlərə acıq verərdilər, oradan Sərsəngə qalxıb, kater sürərdilər...Özü də bu əyləncələri bilərəkdən daha çox Şuşa və Laçının işğal günlərinə salardılar ki, bizləri yandırıb-yaxsınlar. İndi hirsdən-hikkədən ciyərləri az qalır yerindən çıxsın, Aya hürən köpəklərə bənzəyirlər, Qarabağa yaxın düşə bilmirlər.
Qarabağdakı separatçılar da ölümqabağı çırpınan hansısa məxluqa bənzəyirlər. Paşinyanın məlum bəyanatlarından dərhal sonra oyuncaq “parlament”in fövqəladə iclasını çağırdılar, bir saat zəvzəyib, bəyanat yaydılar. Daha sonra da...İki gündür Arayik Arutyunyan və digər canilər kirimək bilmir, gah Ermənistanı asıb-kəsir, gah Rusiyanın qarasına sərsəmləyir, gah Azərbaycanın kölgəsinə deyinirlər. Bu gün də baş terrorçu erməni xalqına və diasporaya müraciət edib. Əlləri hər yerdən üzülüb, Arutyunyanın bu durumu Şuşanın azad olunmasından öncəki vəziyyətini xatırladır, o zaman da Şuşadakı Qazançı kilsəsinə gedib, dua eləmişdi...
İrəvandan Xankəndiyə tərəf boylana-boylana qalan Robert Köçəryan isə Qarabağdakı cinayət ortağına “Nə baş verdiyini indi başa düşdün? Bu qədər sadəlövhsən? Hətta güclü istəklə də son iki ildə Qarabağın açıq təslim olduğunu görməmək mümkün deyildi”-deyərək özünü ağıllı göstərməyə çalışıb.
Qaniçən hələ də doymayıb. On illər öncə, rəhmətlik Heydər Əliyevlə Sədərək bölgəsində ikilikdə görüşərkən normal mövqe ortaya qoysaydı, nə bu qədər qanlar tökülərdi, nə də...Amma o qanlı yolu seçdi, düşmənçiliyin davamını istədi. Həm də düşünürdü ki, günün birində Kürə qədər işğal edəcək Azərbaycanı...
İndi də Arayik Arutyunyana bir az da acıq verir, “Siz 2021-ci il seçkilərində Ermənistan hakimiyyətini dəstəklədiniz. Keçən ilin aprel-may aylarında İrəvanda baş verən kütləvi etiraz aksiyalarına “görmədiniz”. Siz öz təvazökarlığınız və Ermənistan hakimiyyətini razı salmaq istəyinizlə Qarabağın taleyinin sizin iştirakınız olmadan həll olunmasına icazə verdiniz”-deyərək, “cəzanızdır, çəkin” mesajını ünvanlayır.
Hətta ermənilərin ağıllısı hesab etdiyimiz, əslində isə Qarabağda tökülən qanların ən böyük baiskarı Levon Ter-Petrosyan da Paşinyanın Qarabağla bağlı mövqeyini bəyənməyib. Dünənə qədər reallığı nəzər almağa çağırırdı, nə baş verdi? Qoca kaftarları da bölgədə hüzurun hökm sürməsini istəmir...
serj_s.jpg (62 KB)
O biri baş caninin – Serj Sərkisyanın da mövqeyi bir o qədər fərqli deyil. “Mən mümkün olan hər fürsətdə bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq”-deyib yenə də. Hələ də ağıllanmayıb. Özünü xilas üçün sadəcə Qarabağla bağlı mövqeyinin dəyişmədiyini deməklə kifayətlənib, Nikolun üstünə getməyib. Sadəcə, Paşinyandan qorxur, bilir ki, nəsillikcə zibilin içərisindədir, talayıblar diasporanın pullarını, Qarabağın sərvətlərini, orduya ayrılan pulları...Davam etdirmək istədilər, amma Paşinyan gəldi, keflərinə soğan doğradı.
Heç şübhəsiz bu caniləri danışdıran qüvvələr həm də xaricdəki havadarlarıdır. Rusiya Paşinyanın mövqeyindən heç də məmnun deyil, gözlənilməz olub. İndi Rusiyameyilli ermənilər hərəkətə keçiblər ki, bəlkə şans yarandı, yenidən kürsüyə yiyələnib, həm özlərini, həm də separatçıları xilas etdilər.
Erməni kartoqraf Ruben Qalçyanın qanmazlığına diqqət edin: “Anklavlar sovet xəritələrində Azərbaycanın ərazisi kimi göstərilib. Amma bu heç nəyi dəyişmir. Onlar bizimdir. Əgər Azərbaycan deyirsə onlarındır, o zaman Qarabağ da anklavdır, o da bizimdir. Qoy, sənəd gətirsinlər ki, həmin ərazilər onlarındır. Başkəndin ümumi ərazisi ilə anklavların ərazisi eynidir. Başkəndi də verməlidirlər. Kərkini isə heç bir şəkildə Azərbaycana vermək olmaz. Nə olsun ki, azərbaycanlılar orada 200 il (???-E.P.) yaşayıblar. Qarabağda da ermənilər 2 000 ildir (?!) yaşayırlar. Kərkini vermək o deməkdir ki, İrəvanla Cənubi Ermənistan arasında əlaqə kəsiləcək”.
Bu qədər həyasızlığın və qanmazlığın hökm sürdüyü durum Ermənistanda. Hələ bunlar başa düşmürlər ki, Azərbaycan əraziləri müzakirə mövzusu ola bilməz. Tarixi Azərbaycan əraziləri də həmçinin! Ermənistan hələ Azərbaycana vurduğu zərəri canı-qanı-pulu ilə ödəməyilə hazır olmalıdır! Necə olur ki, Rusiya bir illik müharibədə Ukraynaya qarşı törətdiyi cinayətlərə görə cavab verir, beynəlxalq məhkəmələrə çəkilir, Ermənistan isə 30 illik müharibə cinayətlərinə görə sorğulanmır?..
Ermənistan hökumətinin mövqeyindən sonra Qarabağdakı oyuncaq parlamentin sədri Artur Tovmasyan və digərlərinin yaydığı bəyanatda deyilir: “Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın artsaxı Azərbaycana daxil etməyə hazır olduğunu təsdiqlədiyi bəyanatı artsax respublikasında hiddət və qəzəb doğurdu. Əslində, Nikol Paşinyan bu öhdəliklə Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinin və Konstitusiyasının artsaxla bağlı müddəalarını, xüsusən də Ermənistan Respublikası Ali Şurasının 8 iyul tarixli qərarının imperativ müddəasını kobud şəkildə pozur. 1992-ci ildə “Dağlıq Qarabağ Respublikasının Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi hər hansı beynəlxalq və ya daxili sənəd Ermənistan Respublikası üçün qəbuledilməz hesab olunur. Biz bir daha təsdiq edirik ki, artsaxın statusu artıq 1991-ci il dekabrın 10-da xalqın iradəsi ilə müəyyən edilib və heç bir gücün onu dəyişməyə haqqı yoxdur. Nikol Paşinyanın artsax respublikasının suverenliyinə, xalqımızın öz müqəddəratını təyinetmə hüququna və onun həyata keçirilməsi faktına məhəl qoymayan hər hansı bəyanatı, eləcə də onun əsasında tərtib edilmiş hər hansı sənəd bizim üçün qəbuledilməzdir və əhəmiyyətsizdir. artsax öz mübarizəsinin sabit yolundan heç vaxt əl çəkməyəcək”. Tovmosyan saxta parlamentdəki çıxışında “bizim artıq gecikməyə vaxtımız yoxdur, gələcəyimizi xilas etmək üçün hər saniyə qiymətlidir, bu çətin zamanda Vətənə xidmət etmək borcdur, Vətəni qorumaq peşədir”-deyə, şüvən qoparıb.
1644911079_araik-1-768x403.jpg (46 KB)
Məhz bu bəyanatlara və Azərbaycana qarşı savaş çağırışlarına görə Tovmosyan daxil, separatçılarla bağlı dərhal hüquqi və digər müstəvilərdə proses başladılmalı, onlara layiq olduqları dərs verilməlidir. Məncə, Paşinyan da çox məmnun olar. Siyahıda isə bir çoxları var: Babayan, Vardanyan, Azərbaycana qarşı ortaq bəyanatla çıxış edən, “bizim gələcəyimizi, övladlarımızın gələcəyini müəyyən etməyə heç kimin mənəvi haqqı yoxdur. Artsax bu gün Ermənistan respublikasının baş nazirinin təqdim etdiyi yanaşmaları qəbul etməyib və qəbul etməyəcək və artsax keçmişdə necə mübarizə aparıbsa, indi də öz vətənində hamı tərəfindən ləyaqətlə yaşamaq hüququ uğrunda mübarizə aparacaq”-deyə, sərsəmləyən qondarma rejimin keçmiş başçıları Qukasyan, Saakyan...1988-ci ildə də belə başlamışdılar, sərt ritorika ilə...Bu dəfə onları beşikdəcə boğmaq, cəhənnəmin qaynar bucağına göndərmək lazımdır. Cənnət Qarabağın havasını illərdir murdarlayırlar...
Üzük qaşı kimi mühasirədə olan separatçılarla hesab zamanı gəldi...Bir vaxt verilməsi? Bəlkə də çoxdur. Kəlbəcəri işğal edəndə bizim dinc əhaliyə heç bir neçə saat vaxt verməmişdilər...Bakıdan Xankəndi separatçılarına ultimatum verilməsinin tam zamanıdır, Baş Komandanın dediyi kimi, kim Azərbaycan vətəndaşlığını qəbul etmirsə...Amma artıq Arayik və dəstəsinin “döyüşəcəyik” bəyanatları onların sonuncu xilas yolunu da qapadır. Yollarını özləri kəsirlər...
Elşad PAŞASOYскачать dle 12.1