Arxiv

Oxunub:35 / 23 may 05:21sosial, gundem, bolge

Sahil Babayevə müdhiş dosye: İmişli TSEK-də “əlillik bazarı” açılıb – Detallar



Sahil Babayevə müdhiş dosye: İmişli TSEK-də “əlillik bazarı” açılıb – Detallar















İmişlidə xəstələrin əlillik dərəcəsi almasına mane olurlar

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə şikayət edilib.
İmişli rayon 34 saylı Tibbi Sosial Ekspert komissiyasındakı qanunsuzluqlarla bağlı yerli sakinlər tərəfindən müraciət ünvanlanıb.
Müraciətdə bildirilir ki, TSEK sədri Ərkinaz Məmmədova şəxsi maraqlarını hər şeydən üstün tutur. Ə.Məmmədova xəstələrin əlillik dərəcəsi almasına hər cür vasitə ilə mane olur.

Tibbi komissiyadan keçərək əlillik dərəcəsi alanlar içərisində heç bir xəstəliyi olmayanlar da var. Sədrin özbaşınalığı isə haqlı narazılıqlar yaradır.

Xəstələr saatlarla növbədə dayanmağa məcbur olurlar. Halbuki TSEK-nın kifayət qədər böyük gözləmə zalı var.
Buna baxmayaraq sədr Ə.Məmmədovanın tapşırığı ilə giriş qapısı daim bağlı saxlanılır. Xəstələrin şikayətlərinə isə əhəmiyyət verən yoxdur.

Sahil Babayevə müdhiş dosye: İmişli TSEK-də “əlillik bazarı” açılıb – Detallar












Hələ bir müddət əvvəl internetdə İmişli Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) binasında çəkilən kadrlar yayılmışdı. Kadrlar izləyənləri sözün həqiqi mənasında şoka salırdı.

Videogörüntülərdən aydın olurdu ki, darısqal, heç bir şəraiti olmayan köhnə binada komissiya günləri fiziki qüsurlu insanlar o dünyanı görüb gəlirlər.

Kimin artıq gücü varsa, o da başqalarından qabaq komissiyadan keçir. Qəbula nəzarət yoxdur.

Mətbuatda rayonun Nərimankənd kənd sakini Fizuli Məmmədov, Qarabucaq kənd sakini Vüqar Pəncəliyev, Musalı kənd sakinləri Vidadi Səfərov və Nəbi Mirzəyev mətbuat vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova etdikləri müraciətlərində Ərkinaz Məmmədovanın onlara qarşı irəli sürdüyü pul tələblərindən xəbər vermişdilər.

Ərizələrdən məlum olur ki, bu vətəndaşların hər biri artıq uzun müddətdir ki, müxtəlif səbəblərdən əmək qabiliyyətlərini itiriblər.
Eyni zamanda da onların hər birinə müxtəlif dövlət tibb müəssisələri tərəfindən müvafiq sənədlər verilmişdir.

Lakin bu vətəndaşlar həmin sənədlərlə 34 saylı Saatlı-İmişli Regional Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etdikləri zaman, onlardan hər biri Ərkinaz Məmmədovadan eyni cavabı alıblar.

Belə ki, bu məsələnin müəyyən xərc tələb etdiyini bildirən TSEK sədri, vətəndaşları Paşa adlı bir şəxsin yanına göndərmişdir.
Bu zaman Ərkinaz xanım bildirmişdir ki, xərc ödəndikdən sonra Paşa ona xəbər verəcək və yalnız bundan sonra vətəndaşların təqaüd məsələsi də öz həllini tapacaq.

FİA.Az mediaya istinadla xəbər verir ki, mətbuat səhifələrində 34 saylı TSEK-in sədri Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur.

Bildirilir ki, 34 saylı TSEK-də əlillik pensiyası almaq üçün tələb olunan hər bir sənədin öz qiyməti var.

Bu məqsədlə kimisi kredit götürür, kimisi də mal-qarasını və ya ev əşyalarını satıb əlillik dərəcəsi alır.

Bildirilir ki, bu gün xəstəlik və əlillik səbəbindən təqaüdə çıxa bilmək üçün 34 saylı TSEK-də qadınlar üçün 2500-3000, kişilər üçün isə 4000 manat qiymət təyin olunub.

Həm də bu yeni qiymətlərin məhz Ərkinaz xanım tərəfindən müəyyənləşdirildiyi İmişli və Saatlı sakinləri tərəfindən təqdim olunan açıqlamalarda xüsusi olaraq vurğulanır.

Təəssüflər olsun ki, bu gün bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları hələ də son dərəcə narahat etməkdədir.

Buna görə də vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair açıqlamalara tez-tez rast olunur.

Rayon sakinlər yazırlar ki, yeni nazir S.Babayev sözügedən TSEK-in fəaliyyətini yoxlatmalıdır.
Təftiş ortaya ciddi qanun pozuntuları çıxaracaq. Onlar rayona yeni TSEK sədri təyin olunmasını arzulayırlar.
Bu məlumatlarla bağlı İmişli rayon TSEK-nın sədri Ə.Məmmədovanın da mövqeyini dərc etməyə hazırıq.gozetci.az