Bia.Az

Priqojin yenə heyrətləndirdi: "Ukrayna ordusu dünyanın ən güclülərindən biridir"

Dünya
 24-05-2023, 11:35     229

Rusiyada, eləcə də dünyada "Putinin aşbazı" kimi tanınan Yevgeni Priqojin heyrətamiz açıqlamalar verməkdə davam edir.


İki həftə öncə RF ordusunun generallarını sərt dillə qınayan və söyən, sursat çatışmazlığı səbəbindən Baxmutu tərk edəcəklərinin anonsunu verən Priqojin daha sonra rəhbərlik etdiyi özəl hərbi təşkilatın - "Vaqner"in Baxmutda qalmasını təmin etmişdi.

Bu dəfə Ukrayna ordusunu dünyanın ən güclü ordularından biri adlandırıb və bununla Rusiya qoşunlarının irəliləyə bilməsinin, güclü müqavimətlə üzləşməsini əsaslandırıb. 

Mütəxəssislərin fikrincə, rəhbərlik etdiyi hərbi birləşmə məhv olmaq üzrə olduğundan o, döyüş meydanından çəkilmək niyyətindədir, ancaq "vətən xaini" elan edilərək tribunala veriləcəyini bildiyindən buna risk etmir.
Musavat.com Priqojinin son videosunu təqdim edir. /Musavat.comскачать dle 12.1