Bia.Az

Müavinət və təqaüd alanların nəzərinə!

Cəmiyyət
 23-05-2023, 14:44     284

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Axar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Xatrıladaq ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncamına əsasən pensiyalar 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.


Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.скачать dle 12.1