Bia.Az

Saqi, daha süzmə, dərdim var: Pivə içmək qadağandır

Cəmiyyət
 23-05-2023, 01:04     240

Qəhvə və pivə susuzluğa səbəb ola bilər, ona görə də havanın temperaturu +25 dərəcədən yuxarı qalxdıqda onları içməməli, ən azından istifadəni minimuna endirməlisiniz. Eyni zamanda, yayda gündə bir yarımdan iki litrə qədər maye içmək tövsiyə olunur.

Publika.az xəbər verir ki, bu sözləri endokrinoloq Natalia Tananakina Ria.ru-ya açıqlamasında bildirib.

"İsti havalarda - 25 dərəcədən yuxarı - spirtli və şirin qazlı içkilər, pivə, qəhvə, yağlı, duzlu və qızardılmış qidalar susuzluğa səbəb olur. Odur ki, bu kimi məhsullardan uzaq durmaq məsləhətdir. İsti havalarda ağır pəhrizlər də sağlamlıq üçün pis ola bilər, xüsusən də pəhriz düzgün seçilməyibsə.

İsti havalarda orqanizm su və duzu daha tez itirir, ona görə də maye qəbulunu artırmaq və orqanizmin enerji ehtiyacını nəzərə almaq lazımdır. Bununla belə, isti günəşli günlərin başlaması ilə qida rasionunu tədricən dəyişmək, qidalanmanı artırmaq tövsiyə olunur. Tərəvəz, meyvə, vitamin və minerallarla zəngin göyərti qəbul etmək, qaynadılmış balıq və toyuq əti, yumurta, paxlalılar kimi daha çox yüngül proteinli qidalar qəbul edin", - Tananakina qeyd edib.


Yekun olaraq, ekspert bir daha gündə bir yarımdan iki litrə qədər içilən mayenin miqdarını artırmaq lazım olduğunu vurğulayıb.
скачать dle 12.1