Bia.Az

Tovuzda itkin düşən qızın sevdiyi oğlan danışdı – FOTO / VİDEO

Hadisə
 23-05-2023, 00:43     342

Tovuzda itkin düşən 13 yaşlı qızın sevdiyi oğlan danışıb.

Cəlilabad sakini Azad Ağayev bildirib ki, Ə.Tağıyeva ilə “TikTok” platforması üzərindən tanış olub.
“İlk dəfə “TikTok”da fotomu görüb mənə yazdı. Daha sonra aramızda sevgi münasibəti yarandı. Dəfələrlə mənə deyirdi ki, bizə elçi göndər. Yaşı az olduğundan onun bu təklifini rədd etmişəm. Qızın qaçmağından xəbərim olmayıb. Mesajlarını sübut kimi saxlamışam”, – deyə Azad Ağayev qeyd edib.
Globalinfo.az daha ətraflı Baku TV-nin süjetini təqdim edir:

*** 18:18
Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirlininin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
“Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək
*** 15:35
Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyənləşdirilib.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirlininin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.
“Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”, – məlumatda qeyd olunub.скачать dle 12.1