Bia.Az

Prezidentin Litva səfəri

Gündəm
 22-05-2023, 15:35     325

Litva səfərində olan prezident İlham Əliyev mayın 22-si paytaxt Vilnüsdə həmkarı Gitanas Nauseda ilə məhdud tərkibdə görüşüb. Dövlət başçıları geniş tərkibdə də bir araya gəliblər, onların iştirakı ilə Azərbaycan-Litva sənədləri imzalanıb (“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş”; “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş”; “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün əməkdaşlıq proqramı”).

İlham Əliyev mətbuata bəyanatında deyib ki, həmkarı ilə regional məsələləri də müzakirə edib: “Litva prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr dağıdılıb.
Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.
Xəbəri AZƏRTAC yayıb.

İlham Əliyevin Litvaya rəsmi səfəri mayın 21-də başlayıb. Rəsmi qarşılanma mərasimi mayın 22-si Vilnüsdəki Prezident Sarayında keçirilibскачать dle 12.1