Bia.Az

Qərb müharibəni Zelenski ilə başladı, bəs kim ilə bitirəcək?

Dünya
 22-05-2023, 15:29     262

“Ukraynadakı proseslərin “rejissoru” Qərbdir. Xüsusilə ABŞ əvvəlcə Ukraynada bataqlıq yaratdı, sonra da Rusiyanı bu bataqlığa çəkdi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı son prosesləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Qərbin iki əsas məqsədi var:

“Birincisi, Rusiyanı zəiflətmək və idarə olunan vəziyyətə salmaq.
İkincisi isə özünün Şərqi Avropadakı mövqelərini gücləndirmək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dələlərlə dediyi kimi, bu müharibənin qalibi olmayacaq. Artıq Ukrayna da məğlubdur, Rusiyada da. Bu məğlubiyyət Ukraynanın yerlə-yeksan edilməsi, Rusiyanın isə siyasi baxımdan “çalxalanması” ilə müşayiət olunur.
Əlbəttə, ABŞ-ı düşündürən qətiyyən Ukraynanın taleyi deyil. ABŞ Ukraynaya hərbi yardım etməklə sadəcə öz məqsədlərinə nail olmağa çalışır. Artıq rəsmi Kiyev tamamilə Ağ Evdən asılı vəziyyətdədir. Vaşinqton nə zaman istəsə, müharibə onda bitəcək”.
Ekspert bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyətdən salına bilər:
“Amma bunu yaxın gələcək üçün ağlabatan hesab etmirəm. Çünki Zelenski hələ Qərbə lazımdır. Nə qədər ki, müharibə davam edir o, hakimiyyətdə qalacaq. Amma savaş başa çatandan sonra Zelenski Qərbə lazım olmaya bilər. Bax, onda hakimiyyətin dəyişilməsi məsələsi daha çox gündəmə gələcək.
Bundan fərqli olaraq müharibə uzandıqca Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti üçün təhdidlər artır. Düşünürəm ki, hazırda Putinin hakimiyyəti üçün təhlükə daha çoxdur, nəinki Zelenskinin iqtidarı”скачать dle 12.1