Bia.Az

Əhməd Obalının son durumu ilə bağlı AÇIQLAMA

Siyasət
 22-05-2023, 01:15     249

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb. Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib. 

Musavat.com xəbər verir ki, Günaz.TV-nin Bakı ofisinin rəhbəri Araz Obalı faktı təsdiq edib.


“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hazırda durumu orta ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik”, - A.Obalı qeyd edib.

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir:


“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil”.скачать dle 12.1