Bia.Az

Tehran rejimi Bakıda bacarmadı, ABŞ-da etdi…

Cəmiyyət
 22-05-2023, 01:06     236

Güney Azərbaycan Televiziyasının (Günaz TV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli-siyasi fəal Əhməd Obalı və oğlu Dəniz Obalıya qarşı sui-qəsd birbaşa və ya dolayısı ilə Tehran rejiminin işidir.

Belə görünür ki, Güneylə bağlı təsis edilən ilk televizya olan Günaz TV-nin fəaliyyətinin təxminən bir il yarımlıq sönüklükdən sonra yenidən bərpa edilməsi və Güney Azərbaycanla bağlı fəaliyyətinin genişlənməsi Tehran rejimini narahat edib. Obalının ölümcül şəkildə döyülməsi məsələsində hər hansı başqa variant ola bilməz. Bu günə kimi olan təcrübələrə əsasən, Tehran hakimiyyətinin bu məsələdə əlinin olması şübhəsizdir. Ona qarşı sui-qəsd etməklə Tehran hakimiyyəti həm də başqalarına mesaj verib, qorxutmaq istəyir.
Bundan əvvəl də Əhməd Obalı və başqa bir neçə siyasi fəala qarşı sui-qəsdlə bağlı xəbərdarlıqlar olub.
Əhməd Obalının Azərbaycan səfərindən qayıtdıqdan bir gün sonra sui-qəsdə məruz qalması Tehran rejiminin bunu Azərbaycan Respublikasında həyata keçirməyə cəsarət etmədiyini göstərir. Belə bir hadisənin Azərbaycanda baş verməsi indiki şəraitdə İrana qarşı daha şiddətli təpkilərə səbəb ola bilərdi. Həm də Azərbaycanda təhlükəsizlik sisteminin daha güclü olması Tehranın belə bir hərəkəti Bakıda etməsinin qarşısını alıb.
Nəzərə almalıyıq ki, İrana bağlı terrorçular Amerika və Avropada müxaliflərə qarşı dəfələrlə terror aktı həyata keçiriblər. Obalıya qarşı sui-qəsd isə rejimin milli və siyasi fəallara qarşı xaricdə başlatdığı yeni hücumlara nümunədir.
Amerika və dünya ictimaiyyəti Tehran rejiminin belə əməllərinə tutarlı cavab verməsə, molla hakimiyyəti oxşar hadisələri yenidən təkrarlamağa cəsarətlənəcək.скачать dle 12.1