Bia.Az

İran Pakistanla sərhəddə baş verən insidenti terror hesab etdi

Dünya
 21-05-2023, 14:27     263

İran Pakistanla sərhədində baş verən silahlı insidenti terror aktı kimi qiymətləndirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə  İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb. Kənani açıqlamasında terror hücumunu pisləyib.

Qeyd edək ki, İran Polis komandanlığı Saravandakı Pakistanla sərhəddə yerləşən Maze Sar qülləsinə silahlı şəxslərin hücumu nəticəsində yaralanan sərhədçilərdən birinin öldüyünü, ölən sərhədçilərin sayının 6 nəfərə çatdığını açıqlayıb.скачать dle 12.1