Bia.Az

“Paşinyanı devirəcəklər, hakimiyyətə bu şəxslərdən biri gələcək”-“Past” nəşri

Siyasət
 21-05-2023, 13:48     267

Qərb qanadına yaxın olan bir neçə mümkün namizəd müzakirə olunur

“Diplomatik mənbələrimizin bildirdiyinə görə, Ermənistan-Azərbaycan arasında mümkün sülh razılaşmasında maraqlı olan mərkəzlər, xüsusən də Qərb, sənədin imzalanmasından sonra Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemə çevrilə biləcəyini anlayaraq,  hakimiyyətə kimin gələ biləcəyini fəal şəkildə müzakirə edir”. Musavat.com xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşr bildirir ki, danışıqlar prosesi hazırda intensivləşib və buna paralel olaraq müxtəlif mərkəzlərdə Ermənistan hakimiyyəti ilə bağlı maraqlı müzakirələr gedir: “Bu mərkəzlər başa düşürlər ki, sülh sənədi imzalanandan sonra Paşinyan hakimiyyətini qorunub saxlanması nəinki qeyri-mümkün ola bilər, həm də məqsədəuyğun deyil. Bu səbəbdən onlar “B planı” tapmağa çalışırlar. Eyni mənbələrə görə, gələcəkdə regional proseslərdən kənarda qalmamaq üçün Paşinyanın dəyişdirilməsi məsələsi əsasdır. Buna görə də, təbii ki, Qərb qanadına yaxın olan bir neçə mümkün namizəd müzakirə olunur”.

Erməni nəşri yazır ki, namizədlər arasında həm Paşinyan komandasının bəzi nümayəndələrinin, həm də hazırda Ermənistanın daxili siyasi həyatında o qədər də nəzərə çarpmayan fiqurlar var. “Bizdə olan məlumata görə, Moskvada da bu mövzuda müzakirələr aparılıb”, - qəzet yazır.
Bu arada o da bildirilir ki, kollektiv Qərb Ermənistanda anti-Rusiya əhvalını körükləyir, bunun üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təsir agentlərindən istifadə edir.  Onlar anti-Rusiya fəaliyyətini Moskvanın Cənubi Qafqazdan çıxarılmasını sürətləndirmək cəhdi kimi deyil, erməni maraqlarının müdafiəsi kimi təqdim edir.
Rusiya hakimiyyətinə yaxın yekramas.org saytı yazır ki,  Ermənistanı Moskvaya qarşı qızışdıranlar Gürcüstanla 5 günlük müharibədə Mixail Saakaşvilinin amerikalı ağalarının özlərini necə apardıqlarını unutmamalıdır. “Hər şey şifahi bəyanatlarla və NATO gəmilərinin neytral sulara kiçik bir səyahəti ilə məhdudlaşdı. Paşinyan iqtidarının Rusiya ilə strateji əməkdaşlığı dayandırmağa və KTMT-dən çıxmağa hansı qüvvələrin sövq etdiyi məlumdur. Bu addımlar Ermənistanın maraqları üçün fəlakətli nəticələr doğuracaq.

“5-ci kolon” güc strukturlarında Moskva ilə əməkdaşlıq kursuna sadiq qalanlar deyil, Vaşinqtonun sifariş verdiyi musiqiyə rəqs edənlərdir. Qərb Paşinyana Zelenskinin yolu ilə getməyi və ölkəmizi Rusiya ilə NATO arasında hesablaşma meydanına çevirməyi təklif edirlər. Bir müddət əvvəl Xristian Demokratlar Partiyasının lideri, politoloq Levon Şirinyan açıq şəkildə bəyan etmişdi ki, hakimiyyət universitetlərdəki rusdilli professorları, eyni zamanda bütün rusdilli ziyalıları oradan uzaqlaşdırmalıdır. Rejim Ukrayna fəlakətindən dərs almaq istəmir. Kollektiv Qərb Ermənistanda bunun təkrarlanması üçün zəminləri fəal şəkildə araşdırır, CIA agentləri bu işin üzərində çox çalışırlar”.скачать dle 12.1