Bia.Az

Qərar verildi: Baxçalı sədrlik edəcək

Dünya
 20-05-2023, 14:05     242

Türkiyədə keçirilən seçkilərdən sonra Türkiyə Böyük Millət Məclisindəki (TBMM) partiyaların və deputatların siyahısı tam bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Ali Seçki Qurumu nəticələri açıqladıqdan sonra 3 gün ərzində TBMM-in açıq elan edilməsi gözlənilir.

TBMM-in 28-ci çağırışının ilk plenar iclasına, əsasnaməyə uyğun olaraq, “ən yaşlı üzv” kimi MHP lideri Dövlət Baxçalı sədrlik edəcək. Əgər D.Baxçalı bunu qəbul etməsəydi, parlamentin müvəqqəti sədri HDP-dən Çingiz Çandar olacaqdı.


Cümhur İttifaqı da Qurtuluş müharibəsinə rəhbərlik edən bir parlamentə HDP-dən birinin rəhbərlik etməsini uyğun görməyib.

Qeyd edək ki, bundan əvvəlki illərdə Baxçalı bu vəzifəni qəbul etməmişdi.скачать dle 12.1