Bia.Az

Hindistanda hər il iki milyon insanın ölümünə səbəb olan çirkli hava təmizlənib

Hadisə
 23-04-2020, 12:39     365

Hindistanda hər il iki milyon insanın ölümünə səbəb olan çirkli hava təmizlənibHindistanda koronavirusa görə martın 24-dən tətbiq edilmiş karantin hava və çay sularının təmizlənməsinə səbəb olub.

“Anadolu” agentliyi ölkənin Enerji və Təmiz Hava Tədqiqat Mərkəzinin məlumatına istinadla xəbər verir ki, qadağanın ilk günündə havanın zəhərlənməsi 22 faiz, azot dioksidinin (NO2) miqdarı isə 15 faiz azalıb.

Buna səbəb olaraq tikinti işləri və fabriklərin fəaliyyətinin və nəqliyyatın hərəkətinin azalması göstərilir.

Yüksək çirklənmə müşahidə olunan bölgələrdə yaşayan insanların epidemiyaya daha həssas olduqları qeyd edilir.

Təmiz hava xroniki bronxitdən əziyyət çəkənlərin də nəfəs alma ilə bağlı problemlərini azaldıb.

Ölkədə mayın 3-dək davam etməsi planlaşdırılan komendant saatı çaylarda suyun keyfiyyətinə müsbət təsir göstərib.

Hindlilər tərəfindən müqəddəs sayılan Qanq çayının təmizlənməsini əks etdirən fotoşəkillər tez-tez sosial media istifadəçiləri tərəfindən paylaşılır.

Hətta çayının bəzi ərazilərində suyun yuyunmağa uyğun olduğu da vurğulanır.

Qeyd edək ki, Hindistanda hər il hava çirkliliyi ilə əlaqəli səbəblərdən 2 milyondan çox insan ölür.скачать dle 12.1