Arxiv

Oxunub:12 / 16 may 05:45tedbirler

Rövşən Rzayev etiraz edən köçkünlərlə görüşdü



Rövşən Rzayev etiraz edən köçkünlərlə görüşdü














Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 15-də Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə məcburi köçkünləri qəbul edib.
Dövlət Komitəsindən verilən məlumata görə, qəbul zamanı mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa məsələləri ilə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib. Respublikanın müxtəlif yerlərində məskunlaşmış məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil təminatı ilə bağlı olub.

Məcburi köçkünlərin problemlərini dinləyən Dövlət Komitəsinin sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi altında böyük işlər həyata keçirilir. Dövlət Komitəsinin sədri qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin yaxın vaxtlarda mərhələli şəkildə yeni mənzillərə köçürülməsinin planlaşdırıldığını vurğulayıb.
Görüş zamanı bölgələrdən qəbula gələn məcburi köçkünlərlə, ümumilikdə, görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb. Onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hərtərəfli izahat verilib.

Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlarını verib.