Bia.Az

GDU-nun rektoru mülklərini niyə kimya müəlliməsinin adına keçirir?

Fakt
 17-05-2023, 12:53     424

Gəncə Dövlət Universitetinin bir qrup müəllimi redaksiyamıza məktub ünvanlayıb. JAMAZ.İNFO-nun elektron poçtuna daxil olan həmin məktubda GDU-dakı özbaşınalıqlardan bəhs olunur.

Müəllimlər yazırlar ki, rektor Yusif Yusibov ötən gün universitetdə qarşıdan gələn imtahan sessiyası ilə bağlı yığıncaq keçirib. “Əslində, imtahanlar üçün fənn proqramı və keçilən dərslər əsas götürülməlidir.  Lakin rektorun göstərişi ilə imtahan biletləri hazırlanıb. Bu  biletlərə isə cəmi 80 sual salınıb. Bu sualların cavabları əslində həm kitablarda, həm  də  müəllimlərin tələbələrə yazdırdıqları mühazirə mətnlərində var. Tələbələr   buradan öyrənib, cavabları imtahan zamanı özü yazmalıdır. Amma rektor müəllimləri məcbur edir ki, onlar hər bir biletə düşən sualların cavablarını yazıb, rəhbərliyə  təhvil  versin. Maraqlıdır, biletə düşən sualların cavabı   yalnız imtahanda bilet  çəkiləndən sonra tələbə  tərəfindən yazılmalıdır.  Müəllimlər  bu sualların cavabını imtahan hələ olmamış niyə yazıb  hazırlamalıdır  ki?”
Qeyd edək ki, bunun səbəbini elə şikayətçi müəllimlər özləri açıqlayıblar. Onlar yazırlar ki, səbəb Yusif Yusibovun qoyduğu şərtlərdir. “Rektor kimlərin pulunu alırsa, biletlərin cavabını hazır şəkildə tələbəyə verir ki, qoy köçürsün. Pulunu əvvəlçədən verən belə tələbələr üçün xüsusi  otaqlar  da təşkil olunur. Yəni pul verən tələbələr  xüsusi otaqlara salınır, orada  hamı  biletlərin  cavablarını  köçürür.  Bir imtahanın qiyməti 100 manatdır”.
Müəllimlər deyir ki, GDU-da kafedra müdirləri və dekanların hüquqları əlindən alınıb. “Normal bir savadı, qabiliyyəti və elmi dərəcəsi olmayan adamlar dekanların fəaliyyətini yoxlayır. Rektor isə iclasda deyir: “O dekan, ölüb yerə girsin ki, Seva gəlib onun səhvini  tutur”. Rektor Yusif   Yusibov Seva dedikdə Tədris şöbəsində işləyən Sevinc Quliyevanı nəzərdə tutur”.
JAMAZ.İNFO-ya müraciət edən müəllimlər daha sonra vurğulayırlar ki, fevral ayının 16-dan mayın sonunadək orta məktəblərdə universitet tələbələri  pedaqoji  təcrübə  keçməlidir.  “Amma  bir  tələbədən  400-500 manat  pul alıb, onları  buraxdılar. Heç kim təcrübəyə gəlmədi. Təhsil Naziri Emin Əmrullayev  Gəncəyə gələndə təcili olaraq tələbələri çağırıb süni görüntü yaratdılar ki, guya hər şey qaydasındadır.  İndi rektor deyir ki, pedaqoji təcrübənin hesabat müdafiəsi lazım deyil, hamıya qiymət yazaq. Çünki pulu alınıb”.
Maraqlı məqamlardan biri də odur ki, GDU-nun rektoru Yusif Yusifov universitetdə bütün səlahiyyətləri Kimya kafedrasının baş müəllimi Zəhra  Əliyevaya verib. “Onun istənilən kafedranı yoxlamaq hüququ var. İşə götürmək, işdən çıxarmaq səlahiyyətlərinə sahibdir. Bunu da ona rektor verib. Maraqlıdır ki, Zəhra Əliyevanın oğlu universitetin İqtisadiyyat  fakültəsində ödənişli əsaslarla oxusa da, rektor ona əlaçılıq təqaüdü verir. Üstəlik, maşın da bağışlayıb”.
Müəllimlər onu da iddia edirlər ki, rektor Yusif Yusifov Zəhra Əliyevanın adına bir xeyli mal-mülk də alıb. “Rektor Zəhra Əliyevaya Avtozavod qəsəbəsində, Gəncənin Mahrasa bağında, Bakıda çoxlu mənzillər alıb”.
Güman ki, rektor bu addımı atmaqla iz itirməyə çalışır. Yəni, sabah problem yaranarsa, mülklərini qoruya bilsib. Çünki onun deyil, sıradan bir müəllimin adına keçmiş mülklə bağlı onu kimsə mühakimə edə bilməz.
Yazıda adıları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1