Bia.Az

Gecə klubuna buraxılmayan dostlar bıçaqla dəhşət saçdılar - 14 yaralı var (VİDEO)

Dünya
 17-05-2023, 01:17     201

Türkiyənin Muğla şəhərində gecə klubuna buraxılmayan 3 nəfər əvvəlcə qapıda mübahisə etdikləri mühafizəçilərə, sonra isə içəridəki müştərilərə bıçaqla hücum edib.

Musavat.com xəbər verir ki, dava zamanı 14 nəfər yaralanıb, 3 nəfər saxlanılıb.

Məlumata görə, hadisə dünən axşam saat 23:00 radələrində olub. 
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə çox sayda polis və təcili yardım sövq edilib. Yaralanan mühafizəçilər Çetin Hose, İmdat Hortum və müştərilər ətrafdakı xəstəxanalara çatdırılıb. Yaralılar müalicə olunduqdan sonra evə buraxılıblar. Hadisəni törədən şəxslər saxlanılıb. Marmaris Respublika Prokurorluğunun koordinasiyasında polis qrupları Ferhat G., Vedat T. və Kubilay Ö.-ni tutaraq nəzarətə götürüb.

Hadisə ilə bağlı polisin araşdırması davam edir.

Musavat.com
 Gece kulübüne alınmayınca görevliler ile müşterileri bıçakladılar: 14 yaralı
 скачать dle 12.1