Bia.Az

İran hökuməti erməni sənətçiləri Təbrizə toplayır

Dünya
 17-05-2023, 00:56     154

İranın Ermənistandakı səfirliyi İrəvanın tarixi Göy məscidində Təbriz İslam İncəsənət Universitetinin tələbələri və Şərqi Azərbaycan əyalətinin sənətçilərinin əl işlərindən ibarət sərgi açıb.

Kult.az xəbər verir ki, bu barədə İranda yaşayan ermənilərin media orqanı "Alik" məlumat yayıb.

Məlumata görə, İranın İrəvandakı səfiri Abbas Bədəxşan sərginin açılışında çıxış edib.

O, İran-Ermənistan arasında hərtərəfli münasibətlərin inkişafı fonunda mədəni əlaqələrin xüsusi əhəmiyyət daşıdığını, sərginin bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

Səfirdən sonra çıxış edən İranın İrəvandakı Mədəniyyət Mərkəzinin başçısı Məhəmmədəli Kiyani yaxın günlərdə erməni sənətçilərin Təbriz və Tehranda sərgilərinin keçiriləcəyi barədə məlumat verib.


Qeyd edək ki, xüsusən ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra İran hökuməti Ermənistanla əlaqələrin daha da genişləndirilməsinə başlayıb. Tehran hökuməti məqsədyönlü olaraq Ermənistanla iqtisadi və mədəni əlaqələrdə xüsusilə Güney Azərbaycan əyalətləri adından istifadə etməyə çalışır. Bu məqsədlə Şərqi və Qərbi Azərbayca əyalətlərinin valiliklərinə əlavə səlahiyyətlər verilibскачать dle 12.1