Bia.Az

"Kreml Priqojini satqın elan etməyə hazırlaşır" - ISW

Dünya
 16-05-2023, 14:19     164

Kreml Priqojini satqın elan etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu (ISW) Priqojinin Ukrayna kəşfiyyatı ilə əlaqələri barədə Washington Post-da məlumatı belə şərh edir.

Məlumatda bildirilir ki, Kreml “Vaqner”in yaradıcısı Yevgeni Priqojini satqın elan etməyə hazırlaşır, lakin bu, çox güman ki, tezliklə baş verməyəcək.

“Kreml mənbələri bildiriblər ki, Rusiya prezidenti administrasiyası Priqojini açıq şəkildə gözdən salmaq üçün informasiya əməliyyatı hazırlayır. Lakin qeyd ediblər ki, “Vaqner” qüvvələri cəbhə xəttində olarkən Kremlin onu təhdid etmək ehtimalı azdır.

Priqojin Donbasda “Vaqner” qüvvələrinə komandanlıq edir. Onun kənarlaşdırılması rusların Baxmutdakı mövqeyini pozacaq və Rusiya Prezidenti Vladimir Putin çətin ki, belə bir riskə getsin”, – ISW bildirib.

İnstitutun ekspertlərinin fikrincə, Priqojinə hücum etməzdən əvvəl Kreml əvvəlcə Vaqneri öz nəzarətindən çıxarmağa çalışmalıdır.

“Vaqneri Priqojinin nəzarətindən çıxarmaq üçün Kreml Putinin rəsmi məsafə saxlamağa çalışdığı muzdlular qrupu üzərində birbaşa nəzarət yaratmalıdır”, – ISW qeyd edir.скачать dle 12.1