Bia.Az

GDU-nun prorektoru evini və obyektlərini satışa çıxarıb: Şahin Xurşudovun borcu varmış

Cəmiyyət
 16-05-2023, 13:51     202

Gəncə Dövlət Universitetinin prorektoru Şahin Xuduşovun külli miqdarda borcu varmış. JAMAZ.İNFO xəbər verir ki, bu barədə universitetdəki mənbələr məlumat veriblər.

Onlar prorektorun bu qədər borcunun hansı səbəbdən yarandığı barədə bilgi verməyiblər. Yalnız onu bildiriblər ki, Xurşudov hazırda Gəncə şəhəri, Cavadxan küçəsindəki tarixi əhəmiyyat daşıyan mənzilini satışa qoyub. Mənzilin qiyməti isə 220 min manat göstərilib.

Qeyd edək ki, mənbələr Şahin Xurşudovun təkcə bir mənzilini deyil, həmçinin Gəncədəki bir sıra obyektlərini də satışa çıxardığını iddia edirlər. Onlar bildirirlər ki, GDU-nun pörorektorunun ölkənin ikinci şəhərində xeyli sayda belə obyektləri var və onlardan külli miqdarda aylıq icarə haqqı alır.

Maraqlıdır, bir universitet prorektorunun maaşı belə bahalı mənzil və obyektlər almağa yetməz. Bəs, o zaman Şahin Xurşudov bu qədər əmlakı hansı pulla alıb?


Yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1