Bia.Az

Zamin Salayev komaya düşüb və müalicə müəssisəsinə yerləşdirilib, amma aclığı dayandırmır

Cəmiyyət
 15-05-2023, 17:34     202

Azərbaycan Xalq Cəbhəsi Partiyası  Salyan rayon şöbəsinin sədri Zamin Salayev komaya düşəndən sonra Penitensiar Xidmətin istintaq təcridxanasından Ədliyyə Nazirliyinin müalicə  müəssisəsinə köçürülüb.

O 98 gündür aclıq edir, müalicə müəssisəsinə yerləşdirilməsilə vəziyyəti yaxşılaşıb. Bu barədə Turan-a onun xanımı Səidə Salayeva Zamin Salayevlə telefon danışığından sonra bildirib.

“Zaminin səsi çox zəifdir. Təzyiqi 60/40-a düşüb. Böyrəkləri çox ağrıyır, ayaq üstə dura bilmir, başı gicəllənir. Bədəninin hər yerində ağrı var”, - o deyib.

O, həkim nəzarəti altındadır, sistem köçürülür. Xanımının xahişinə baxmayaraq, Zamin Salayev aclığı davam etdirəcək.
Mayın 11-də Bakının Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyilə Zamin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Ertəsi gün Bakının Qaradağ Rayon Məhkəməsi onu həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev öz  həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq 98 gündür aclıq edir.

ABŞ-ın Bakıdakı səfirlyi hakimiyyəti Salayevi azad etməyə çağırıb.

"ABŞ Azərbaycan hakimiyyətini öz insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə ədalətsiz və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırır", - ötən həftə səfirliyin nümayəndəsi deyib./Turan.az/скачать dle 12.1