Bia.Az

Rövşən Bağırovu vətəndaşın halı maraqlandırmır... - Müraciət...

Siyasət
 21-04-2020, 15:59     326

Rövşən Bağırovu vətəndaşın halı maraqlandırmır... - Müraciət...“Hər gecə yatağımıza girəndə Allaha yalvarırıq ki, “bu gecədən də bizi salamat çıxart”. Ancaq görürük ki, bir-iki dəfə də güclü yağış yağsa, bizə Allah da zamin dura bilməyəcək. Çünki həyatda qalmağımız həm də məmurlarımızın vicdanına, insafına bağlıdır”. Axin.az-ın məlumatına görə, Lerikin Piran kənd sakini Altay Bayramov danışır ki, 12 noyabr 2018-ci ildə kəndə yağan güclü yağış nəticəsində yaşadıqları evin yaxınlığında torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi evi qəzalı vəziyyətə salıb. Üstəlik, əraziyə baxış keçirən mütəxəssislər ailəni xəbərdarlıq ediblər ki, buradan köç etməsələr, ailəni faciəli sonluq yaxalaya bilər.

“Evimizdən 9 metr aralıda torpaq sürüşməsi baş verdi. Sürüşmə 20-25 metr ətrafı əhatə edir. Yəni ki, evimiz sürüşmə zonasının mərkəzinə düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirib torpaq sürüşməsini təsdiqlədilər, bizə isə bildirdilər ki, sürüşmənin tən ortasındasınız. Növbəti yağıntılar evin tamamilə dağılmasına səbəb ola bilər, ona görə də buradan köçmək lazımdır. Biz də qorxuya düşdük, Fövqəladə Hallar Nazirliyinə (FHN), Lerik Rayon İcra Hakimiyyətinə müraciət etdik”, - Altay Bayramov deyir.

Ancaq Bayramovlar ailəsi aidiyyəti qurumlara ünvanladığı çoxsaylı məktub və teleqramlara cavab almır. Ötən ilin noyabrında Altay Bayramov Fövqəladə Hallar Nazirliyinə üz tutub. Ona bildiriblər ki, tezliklə məktub şəklində cavab veriləcək.

Qısa müddətdən sonra ailəyə qurumdan bir məktub daxil olub: “Sevindik ki, nəhayət, səsimizi eşitdilər. Ancaq zərfi açıb məktubun mətni ilə tanış olanda qəzəb hissi keçirtdik. Deyirlər, təhlükə zonasında canınızı dişinizə sıxıb gözləyin, nə vaxt pul olsa, ölməsəniz, sağ qalsanız, bir çarəsini fikirləşərik. Halbuki, bizdən sonra sürüşmədən ziyan çəkən evlər var ki, çox qısa müddətdə gəlib çarəsini elədilər. Bilirik ki, bu işlərə görə Prezindet dövlət büdcəsindən vəsait ayırıb. Ancaq məmurlar bizi aldadır”.

Bu ilin martında Lerikin başqa bir kəndində ölümlə nəticələnən torpaq sürüşməsi hadisəsi Bayramovlar ailəsindəki gərginliyi, qorxunu artırıb. Altay Bayramov deyir, ailə üzvləri səhərədək yatmır: “Evdə 3 ailə yaşayır – mənim, qardaşımın ailələri və valideynlərimiz. Yəni böyük bir ailəyik. Azyaşlı uşaqlar var, ən kiçiyinin 3 yaşı var. Uşaqlar da böyüklər kimi həyəcan içindədilər. Atam şəkərdən əziyyət çəkir, gözləri görmür, yataq xəstəsidir. Anam onkoloji xəstədir. Sağlamlığı yerində olmayan insanlar üstəlik, həyəcan, qorxu içində yaşayırlar. Gecə yatağımıza girəndə ailəlikcə Allaha yalvarırıq ki, “bizi bu gecədən də sağ çıxart”. Bir neçə gün əvvəl Pirana yenə güclü yağış yağdı, səhərə qədər yatmadıq ki, ev dağılar, altında qalarıq”.

Ötən ilin noyabrında FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin imzası ilə ailəyə daxil olan məktubda qeyd olunur: “... Nazirliyin mütəxəssisləri tərəfindən Lerik rayonu ərazisində müxtəlif vaxtlarda baş vermiş leysan yağışları, külək və torpaq sürüşməsi nəticəsində fərdi yaşayış evlərinə dəymiş ziyanı müəyyənləşdirmək məqsədilə vizual texniki baxış keçirilib, müvafiq aktlar tərtib olunub.

Rövşən Bağırovu vətəndaşın halı maraqlandırmır... - Müraciət...
Rövşən Bağırovu vətəndaşın halı maraqlandırmır... - Müraciət...
Rövşən Bağırovu vətəndaşın halı maraqlandırmır... - Müraciət...
Rövşən Bağırovu vətəndaşın halı maraqlandırmır... - Müraciət...
Rövşən Bağırovu vətəndaşın halı maraqlandırmır... - Müraciət...
скачать dle 12.1