Bia.Az

İranlı diplomat: türk xalqı narahatdır, Kılıçdaroğlu qalib gəlsə...

Dünya
 15-05-2023, 14:58     169

Türkiyədə prezident seçkilərinin ikinci tura keçməsi ilə vəziyyət daha da həssaslaşacaq və rəqiblər bir-biri ilə ciddi mübarizə aparmalı olacaqlar.

Bu sözləri Yenipress.az-a İranın Macarıstan və Norveçdəki keçmiş səfiri, beynəlxalq məsələlər üzrə ekspert Əlirza Fərəci Rad deyib.
O, Ərdoğanın Kılıçdaroğlu ilə müqayisədə təbliğat imkanları və resurslarının daha geniş olduğunu, onun ikinci turda 50%-dən çox səs toplayacağına inandığını bildirib:

“Türkiyə xalqını narahat edən məsələlərdən biri də budur ki, rəqibi qalib gəlsə, Ərdoğandan sonra nə olacaq? Nəzərə almaq lazımdır ki, Türkiyədə gündəlik təbliğatın təsirinə düşən milyonlarla insan ikinci turda qərar verəcək və onların səsi həlledici rol oynaya bilər. Amma düşünürəm ki, ikinci turda Ərdoğan daha çox səs toplayacaq. Türkiyə cəmiyyətinin bir hissəsi Avropaya daha da yaxınlaşmaqda maraqlıdır, cəmiyyətin dindar hissəsi isə Ərdoğanın region, Qafqaz, ərəb dünyası və s. yönəlmiş siyasətini bəyənir. Təbii ki, Avropaya yaxınlaşmaq barədə şüarlar Ərdoğanın rəqibinə səs qazandıra bilər, ancaq çox təsirli ola bilməz”.

Keçmiş səfir ABŞ və Avropanın Kılıçdaroğlunun prezident seçilməsində maraqlı olduğunu vurğulayıb:

“Onlar Rusiya-Ukrayna müharibəsində Ərdoğanın tutduğu mövqedən narazıdırlar. Bununla yanaşı, Türkiyə ilə Rusiya arasında illik 60 milyard dollarlıq mübadilə də Qərb və NATO-u narahat edir”.

İran və ərəb ölkələrinin Türkiyədəki prezident seçkilərində açıq mövqe tutmadıqlarını söyləyən Əlirza Fərəci Rad Azərbaycanın məsələyə daha fərqli yanaşdığını deyib:


“Təbii ki, Azərbaycan çox səy göstərir və bu günə kimi Türkiyənin hazırkı hakimiyyətinin mövcud dəstəyinə görə Ərdoğanın prezident olmasında maraqlıdır”.скачать dle 12.1