Bia.Az

"İrəvan və Bakı bu tarixdə sülh müqaviləsi imzalaya bilər" - Akopyan

Siyasət
 15-05-2023, 14:31     228

“İrəvan və Bakı iyunun 1-də sülh müqaviləsi imzalaya bilər”.

Sozcu.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun uydurma “deputat”ı Metakse Akopyan erməni mediasına müsahibəsində deyib.
“Bu gün biz Ağdərədəki Kaşen mədənini işlədə bilmirik, Ermənistanda “Zod” mədəni bir aya yaxındır bağlanıb.

İki lider arasında görüşdən yaxşı heç nə gözləmək olmaz. Ancaq Ermənistan və Qarabağın ardıcıl güzəştləri ilə müşayiət olunacaq tez bir razılaşma gözləmək olar.

Paşinyan və Əliyev artıq şifahi razılığa gəliblər. Sülh müqaviləsinin bağlanması hər dəqiqə gözlənilir. Müqavilənin imzalanma tarixi 1 iyun ola bilər. Orada isə Qarabağ məsələsi, ümumiyyətlə, müzakirə olunmur”, – deyə Akopyan bildirib.

Onun sözlərinə görə, Qarabağda buna qarşı artıq qondarma “qurtuluş cəbhəsi” yaradılıb, “fəaliyyət planı” hazırlanıb və gələn həftə ictimaiyyətə açıqlanacaq. Lakin bu “cəbhə”yə qoşulmayanlar da var.

“Ruben Vardanyan bu “proqram”ı “prezident”ə və digər “siyasi qüvvələr”ə təqdim edib. Təəssüf ki, istənilən məsələni təkbaşına həll edə biləcəklərinə inanan siyasi qüvvələr var.

Bu intriqalarda Arayik Arutyunyan də iştirak edir. O, tərəf tutmamaq üçün hər iki tərəflə oynayır və bununla da Qarabağda təhlükəli vəziyyət yaradır.

Çünki gündəmdə Samvel Babayan və ya digərlərinin təklif etdiyi ayıq qüvvələr və ziyalılar yoxdur. Ermənistan hakimiyyətinin maraqlarına xidmət edən siyasi qüvvələr var. Məqsədləri insanların fikrini yayındırmaq və parçalanmaya gətirib çıxarmaqdır”, – deyə Akopyan əlavə edib.
O, Samvel Babayanın mitinqini “hakimiyyət”in zəifliyinin nəticəsi adlandırıb.

“Bu o deməkdir ki, qüvvələr “qurtuluş cəbhəsi”nə qarşı fəaliyyət göstərir. Bu sübut edir ki, Nikol Paşinyan da Qarabağda bir neçə qüvvə ilə təmsil olunur. Onlar yüksək vəzifələr tutmağı və ya mövcudluqlarını sübut etməyi bacarıblar”, – Akopyan deyib.
Xatırladaq ki, bu gün Samvel Babayan Xankəndidə mitinqə çağırış edib.скачать dle 12.1