Bia.Az

Alparslan Türkeşin oğlu və qızı deputat seçildi

Dünya
 15-05-2023, 13:58     162

Mayın 14-də Türkiyədə keçirilən parlament seçkilərində Milliyətçi Hərəkat Partiyasının (MHP) təsisçisi Alparslan Türkeşin övladları da iştirak edib.

Türkeşin qızı Ayyüce Türkeş Taş Adanada İYİ Partiyasından, oğlu Yıldırım Tuğrul Türkeş  isə AKP-nin Ankara 1-ci Bölgəsindən namizəd olublar.


Seçkinin nəticələrinə əsasən, Yıldırım Tuğrul Türkeş Ankaradan, Ayyüce Türkeş isə Adanadan Türkiyə parlamentinə üzv seçilib.скачать dle 12.1