Bia.Az

Bakıda bu küçədə ağaclar qanunsuz kəsildi

Cəmiyyət
 15-05-2023, 13:31     181

Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə xidmət rəsmisi Qafar Ağayev məlumat verib.

O bildirib ki, araşdırma nəticəsində gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib.


"Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır", - Q.Ağayev vurğulayıb.скачать dle 12.1