Bia.Az

“Kim qalib gəlirsə, qalib gələcək”- Baydendən Türkiyədəki seçkilərə "dəqiq" qiymət

Dünya
 15-05-2023, 13:21     150

ABŞ prezidenti Co Bayden Türkiyədəki seçkilərin ilkin nəticələrini şərh edib.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydendən Türkiyə müxalifətinin öndə getdiyi və ya dövlət mediasının məlumatına görə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın lider olduğuna dair yayılan məlumatları şərh etməsi istənilib. Cavab olaraq Bayden bildirib ki, səsvermənin nəticələri ilə bağlı mübahisələr olmadan da bölgənin kifayət qədər çətinlikləri var.

“Tanış səslənir, elə deyilmi? Xeyr, baxın, ümid edirəm ki, kim qalib gəlirsə, qalib gələcək. Demək istədiyim odur ki, dünyanın bu hissəsində bu olmadan da kifayət qədər problem var”, – Bayden deyib.скачать dle 12.1