Bia.Az

Biləsuvarda kütləvi dava: hamilə qadın xəsarət aldı

Hadisə
 15-05-2023, 13:12     290

Biləsuvar rayonunda kütləvi dava zamanı biri hamilə qadın olmaqla dörd nəfər xəsarət alıb.

Axar.az Report-a istinadən xəbər verir ki, dava zamanı rayon sakinləri 1990-ci il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Hadisənin təfərrüatları hələlik məlum deyil.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.скачать dle 12.1