Bia.Az

Bu ərazilərə qar yağdı – Faktiki hava

Sosial
 14-05-2023, 14:51     301

Milli Hidrometeorologiya Xidmətinin mayın 14-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv olub, dolu düşüb. Səhər saatlarından başlayaraq Qubanın dağlıq ərazilərinə qar yağıb.

Xidmətdən Axar.az-a bildirilib ki, yağıntının miqdarı Qaxda 47 (aylıq normanın 37 faizi), Zaqatalada 21, Oğuzda 20, Şəmkirdə 19 (aylıq normanın 39 faizi), Gədəbəydə 19, Göygöldə 18, Mingəçevirdə 15 (aylıq normanın 33 faizi), Sədərəkdə 15, Gəncədə 14 (aylıq normanın 32 faizi), Yevlaxda 13 (aylıq normanın 26 faizi), Lənkəran, Şəki və Qəbələdə 12 mm təşkil edib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək.


Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxaçağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.скачать dle 12.1