Bia.Az

“Caliber”: Fransa Azərbaycana qarşı proksi müharibəyə başlayıb - VİDEO

Siyasət
 13-05-2023, 18:30     257

Ermənistan Silahlı Qüvvələri hücum və kəşfiyyat PUA-larını idarə etmək üçün mərkəz kimi mülki avtomobildən istifadə edir.

Bu barədə “Caliber”in əldə etdiyi kadrlardan aydın şəkildə görünür.

Məlumata görə, kadrlarda əks olunan avtomobil mayın 12-də erməni hərbi təxribatının qarşısı alınarkən məhv edilib.

Kadrlarda partlayışdan sonra avtomobildən sürünərək uzaqlaşan qara gödəkçəli mülki geyimli adam görünür.

Partlayış yerindən təşviş içində qaçan iki uniformalı erməni hərbçisindən fərqli olaraq, qara gödəkçəli şəxs təmkin və peşəkar bacarıq nümayiş etdirir. Onun davranışlarında NATO standartlarına uyğun yüksək hazırlıq hiss etmək olar.

“Caliber”in əldə etdiyi məlumata görə, söhbət erməni hərbçilərinə PUA-lara kəşfiyyat və hücuma nəzarət etməyi öyrədən fransız hərbi təlimatçıdan gedir.

Üstəlik, NATO hazırlığı olan bu cür “mülki” mütəxəssisin erməni hərbçilərinə yardım etməsi tək fakt deyil. Oxşar siqnallar şərti sərhədin digər hissələrindən də alınıb.
скачать dle 12.1