Bia.Az

Lotu Qulinin yaxın adamları Türkiyədə saxlanıldı

Cəmiyyət
 13-05-2023, 18:24     201

Türkiyə polisi daha iki qanuni oğrunu saxlayıb.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, Georgi Manukyan (Jhora Tbilissky) Antalyada, Temuri Nemitsveridze (Tsrypa) isə İstanbulda həbs edilib.

Qısa müddət ərzində yerli hakimiyyət qanuni oğruları həbsxanaya göndərib.

Qeyd edək ki, son aylarda Türkiyədə ardıcıl olaraq beş qanuni oğru saxlanılıb. Hüseyn Əhmədov (Hüseyn Slepoy), Vladimir Jurakovski (Vova Puxlı), Otari Totoçiya (Batya), Elqudja Turkadze (Qudja) adlı qanuni oğrular barəsində cinayət işi açılıb.

Onların saxlanılmasına səbəb Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyəyə bu ölkənin ərazisində olan və onun təhlükəsizliyinə təhlükə yarada biləcəyi iddia edilən rusların siyahısını göndərib. Nəticədə Türkiyədə yaşamaq icazəsi olan qanuni oğrular deportasiya həbsxanasına göndərilib.


Qeyd edək ki, saxlanılan şəxslərin mərhum qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamları olduğu bildirilir.скачать dle 12.1