Bia.Az

Pakistanda qeyri-müəyyənlik - İmran Xan o şəxsi günahlandırır...

Dünya
 13-05-2023, 18:21     179

Xəbər verdiyimiz kimi, Pakistanın keçmiş baş nazir İmran Xanı müvəqqəti zaminə buraxıb.

Musavat.com xəbər verir ki, keçmiş baş nazir İmran Xanın girov müqabilində azadlığa buraxılmasına qərar verilib.
Dünən paytaxt İslamabadda keçirilən məhkəmə öncəsi dinləmədən əvvəl polis gözyaşardıcı qazdan istifadə edərək və havaya atəş açaraq məhkəmə binasının bir neçə kilometrliyində toplaşan yüzlərlə Xan tərəfdarını dağıtmağa çalışıb. Məhkəmədən bir neçə gün əvvəl isə Ali Məhkəmə Xanın həbsinin "qanunsuz" olduğuna qərar verib. Korrupsiya və rüşvət ittihamı ilə mühakimə olunduğu iş çərçivəsində böyük bir polis ordusunun iştirakı ilə məhkəmə zalına gətirilən keçmiş baş nazir eyni ittihamla bir daha iki həftə həbs olunmayacaq.
Sərbəst buraxıldıqdan sonra məhkəmə binasında jurnalistlərə açıqlama verən Xan baş verənlərə görə ordu komandiri, general Seyid Asim Müniri günahlandırarıb:
"Ölkənin ən böyük partiyasının prezidenti bütün xalqın gözü qarşısında qaçırılıb. Orduda demokratiya yoxdur. Bütün ordunun nüfuzu ləkələnir. O adam (general - red.) qorxur ki, mən hakimiyyətə gələndə onu işdən çıxararam, amma belə bir şey etmərəm”.
Xatırladaq ki, İmran Xan Milli Hesabat Bürosunun verdiyi qərarla mayın 9-da hərbiləşdirilmiş birləşmələr tərəfindən həbs edilib. Həbsdən sonra ölkə daxilində Xan tərəfdarları küçələrə axışıb və baş verən hadisələrdə ən azı 9 nəfər ölüb. Yüzlərlə polis yaralanıb, 4000-dən çox adam saxlanıb. Onun tərəfdarları bazar ertəsi məhkəmə qarşısında oturaq aksiya keçirəcəklərini açıqlayıblar. Daha sonra Ali Məhkəmə Xanın həbsinin qanunsuz olduğuna qərar verib. “Dərhal azadlığa buraxılma” qərarına baxmayaraq, Daxili İşlər Nazirliyi keçmiş liderin saxlanmasını müdafiə edib.
2018-ci ildə vəzifəyə başlayan İmran Xan ötən ilin aprelində keçirilən etimad səsverməsi ilə hakimiyyəti itirib. Xan bir iş adamından milyonlarla dollar dəyərində rüşvət almaqda ittiham olunur, geniş tərəfdar kütləsi olan keçmiş baş nazir isə onları “siyasi ittihamlar” kimi rədd edir.
Pakistanın Ədalət Hərəkatı Partiyasının lideri, 70 yaşlı Xan siyasətə gəlməmişdən əvvəl dünya şöhrətli kriket ulduzu idi.скачать dle 12.1