Bia.Az

Brüsseldə keçiriləcək üçtərəfli görüşün təfərrüatı məlum oldu

Siyasət
 13-05-2023, 13:01     242

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.

Ermənistan KİV-də görüşün təfərrüatı barədə məlumatlar yayımlanıb.

Bildirilir ki, Avropa Şurasının rəhbəri mayın 13-ü axşam saatlarında Ermənistanın baş naziri ilə görüşəcək.


Mayın 14-də səhər saatlarında Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması planlaşdırılır.


Üçtərəfli görüş isə mayın 14-də günortadan sonra başlayacaq.скачать dle 12.1