Bia.Az

40 manatlıq şirkət 111 minlik tenderin qalibi oldu – FOTO

Gündəm
 13-05-2023, 12:48     297

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Beynəlxalq və Respublika elmi konfransların təşkili xidmətlərinin satın alınması” məqsədi ilə bu ilin aprelin 4-də elan etdiyi tenderin nəticələri açıqlanıb. 

Globalinfo.az bizim.media-ya istinadən xəbər verir ki, ümumi məbləği 111 min 265 manat olan tenderin qalibi “RR Travel Company” MMC olub.

Tenderin şərtlərinə əsasən, şirkət Ədəbiyyat İnstitutunun təşkil edəcəyi beynəlxalq elmi konfranslarda iştirak edəcək qonaqların dəvətnamə, qələm, qovluq, bloknot, çanta, ipli yaxa kartı kimi lazımi dəftərxana ləvazimatları ilə təmin edəcək, onlara proqram və materialların çapı, foto və video çəkilişlər kimi xidmətlər göstərəcək, o cümlədən “coffe-break”, nahar, şam yeməyi, eləcə də ziyafətlər təşkil edəcək.
Şirkət eyni zamanda, xarici qonaqların Azərbaycana gəlib qayıtması və hava limanında qarşılanıb yola salınmasını təşkil edəcək, onların gündəlik nəqliyyat  və mehmanxana xərclərini qarşılayacaq.
Qeyd edək ki, Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızı, sahibi isə Qarayev Rafiq Hümbət oğludur.
Şirkət 21 noyabr 2018-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir. “RR Travel Company” MMC-nin “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir.
Bildirək ki, şirkət bu ilin aprel ayında şirkət Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin “dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması” tenderinin qalibi olub və tərəflər arasında 1 milyon 048 min 978 manat məbləğində müqavilə imzalanıb.
Ancaq bu əməkdaşlıq cəmiyyətdə birmənalı qarşılanmayıb və ciddi şəkildə tənqid olunub. Tənqid edənlər bir turizm şirkətinin dini təbliğatla məşğul olmasını məqbul hesab etməyiblər və bunu yanlış addım kimi dəyərləndiriblər.
скачать dle 12.1